“İranda vurulmalı olan bir iki hədəf qalıb” Tramp

01.11.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti söhbətdən məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və Netanyahu şənbə günü səhər saatlarında telefon danışığı aparıblar. Bu vaxt Vaşinqtonun İrana qarşı yeni hücumlara hazırlaşdığı bildirilir.
Həmin günün sonunda Floridada jurnalistlərin suallarını cavablandıran Tramp İranda ABŞ tərəfindən vurulmalı olan bir və ya iki hədəfin qaldığını bildirib.
O, xüsusilə Qərb kəşfiyyat orqanlarının mümkün nüvə anbarı hesab etdiyi Pikaks dağını qeyd edib.
“Bir və ya iki obyektlə bağlı hələ görüləsi işimiz var, amma bunu on dəqiqəyə edə bilərik”, – deyə Tramp bildirib.
ABŞ prezidenti İranla danışıqların “yaxşı getdiyini” desə də, İslam Respublikasını etibarsız tərəf kimi xarakterizə edib.
Bu arada, şənbə günü İran nümayəndələri Dohada Qətər vasitəçiləri ilə görüşərək Körfəz müharibəsinə son qoyulması yollarını müzakirə ediblər.
“Reuters” agentliyinin danışıqlarla tanış mənbəyə istinadən yaydığı məlumata görə, bu görüşdən əvvəl cümə günü Tehranda İran və Qətər nümayəndələri arasında 12 saatdan çox davam edən müzakirələr keçirilib. Tərəflər arasında təmasların Vaşinqtonla müntəzəm məsləhətləşmələr çərçivəsində əlaqələndirildiyi bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью