“İranda vurulmalı olan bir iki hədəf qalıb” Tramp
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti söhbətdən məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və Netanyahu şənbə günü səhər saatlarında telefon danışığı aparıblar. Bu vaxt Vaşinqtonun İrana qarşı yeni hücumlara hazırlaşdığı bildirilir.
Həmin günün sonunda Floridada jurnalistlərin suallarını cavablandıran Tramp İranda ABŞ tərəfindən vurulmalı olan bir və ya iki hədəfin qaldığını bildirib.
O, xüsusilə Qərb kəşfiyyat orqanlarının mümkün nüvə anbarı hesab etdiyi Pikaks dağını qeyd edib.
“Bir və ya iki obyektlə bağlı hələ görüləsi işimiz var, amma bunu on dəqiqəyə edə bilərik”, – deyə Tramp bildirib.
ABŞ prezidenti İranla danışıqların “yaxşı getdiyini” desə də, İslam Respublikasını etibarsız tərəf kimi xarakterizə edib.
Bu arada, şənbə günü İran nümayəndələri Dohada Qətər vasitəçiləri ilə görüşərək Körfəz müharibəsinə son qoyulması yollarını müzakirə ediblər.
“Reuters” agentliyinin danışıqlarla tanış mənbəyə istinadən yaydığı məlumata görə, bu görüşdən əvvəl cümə günü Tehranda İran və Qətər nümayəndələri arasında 12 saatdan çox davam edən müzakirələr keçirilib. Tərəflər arasında təmasların Vaşinqtonla müntəzəm məsləhətləşmələr çərçivəsində əlaqələndirildiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:Tramp İranda yeni hədəf göstərdi
17 İyul 2026 19:15
Tramp: ABŞ ın İranda vurmalı olduğu təxminən 3 min hədəf qalıb
30 Mart 2026 04:55
“İranda zərbə endirməli olduğumuz 3 500 dən çox hədəf qalıb” Tramp
28 Mart 2026 09:20
İranda 1250 dən çox hədəf vurulub Tramp
03 Mart 2026 01:13
Trampdan YENİ hücum xəbərdarlığı: İranda hələ çox hədəf qalıb
22 İyun 2025 08:58
Baxış sayı:64
Bu xəbər 01 Noyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















