İranda Xamenei dövrü bitir Varis planı baş tutacaqmı? | Icma.az
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Son günlər İranda siyasi elita çaxnaşma içərisindədir.
Əslində İranda baş verənləri hakimiyyət ugrunda gedən klandaxili savaşların işartısı kimi də dəyərləndirmək olar.
Çünki 70 yaşlı İran prezidenti, etnik azərbaycanlı Məsud Pezeşkian islahatlara start vermək niyyətindədir.
Lakin onun istənilən islahat arzusu elə beşikdəcə boğulur.İran müxalif telegram kanallarının iddialarına görə Məsud Pezeşkianın aparacağı islahatlara qarşı çıxan İranin ali dini lideri Seyid Əli Xameneidir.
İran Telegram kanalları iddia edir ki, Məsud Pezeşkian seçildiyi 4 aydan artıq bir dövrdə Seyid Əli Xameneinin ciddi təzyiqləri ilə üz-üzə qalıb.Məsud Pezeşkian məhz Ali Dini liderin yaxın adamı hesab edilən və onun Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili məğlub edərək İran prezidenti seçilmişdi.
İndi İranda siyasi kluarlarda Ali Dini liderlə Məsud Pezeşkian arasında dərin uçurum olduğunu gizlətmək mümkün deyil.
Məhz bu gərginlikdən Məsud Pezeşkian prezident seçkilərindən öncə verdiyi heç bir vədi yerinə yetirə bilmir.
Gərginliyin daha bir pik nöqtəsi isə Ali Dini lider Seyid Əli Xameneinin öz varisini hazırlamasından sonra yaranıb.
Tam oxu
Xəbəri oxu