Icma.az
close
up
RU
İranda Xamenei dövrü bitir Varis planı baş tutacaqmı?

İranda Xamenei dövrü bitir Varis planı baş tutacaqmı?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər İranda siyasi elita çaxnaşma içərisindədir. Əslində İranda baş verənləri hakimiyyət ugrunda gedən klandaxili savaşların işartısı kimi də dəyərləndirmək olar. Çünki  70 yaşlı İran prezidenti,   etnik azərbaycanlı Məsud Pezeşkian islahatlara start vermək niyyətindədir. Lakin onun istənilən islahat arzusu elə beşikdəcə boğulur.
İran müxalif telegram kanallarının iddialarına görə Məsud Pezeşkianın aparacağı islahatlara qarşı çıxan İranin ali dini lideri Seyid Əli Xameneidir. İran Telegram kanalları iddia edir ki, Məsud Pezeşkian seçildiyi 4 aydan artıq bir dövrdə Seyid Əli Xameneinin ciddi təzyiqləri ilə üz-üzə qalıb.
Məsud Pezeşkian məhz  Ali Dini liderin yaxın adamı hesab edilən və onun  Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili məğlub edərək İran prezidenti seçilmişdi. İndi İranda siyasi kluarlarda Ali Dini liderlə Məsud Pezeşkian arasında dərin uçurum olduğunu gizlətmək mümkün deyil. Məhz bu gərginlikdən Məsud Pezeşkian prezident seçkilərindən öncə verdiyi heç bir vədi yerinə yetirə bilmir. Gərginliyin daha bir pik nöqtəsi isə Ali Dini lider  Seyid Əli Xameneinin öz varisini hazırlamasından sonra yaranıb. Bu xəbərlər mediada işıqlandırıldıqdan sonra İran siyasi elitasında bir çaxnaşma yaranıb.
Son günlər isə 85 yaşlı ali dini lider Seyid Əli Xameneinin “varisi” ilə bağlı söhbətlər yenidən aktivləşib. İranın bəzi teleqram kanallarının məlumatına görə, ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Xamneyi Ekspertlər Şurasının üzvlərini bir araya toplayıb və İranın gələcək Ali Rəhbəri olacaq “varisi” ilə bağlı məsələni müzakirə edib.
Qeyd edək ki, Ekspertlər Şurası 88 üzvdən ibarətdir ki, onların arasında İranın Ali Rəhbərinin seçilməsinə cavabdeh olanlar da var. Şuranın əsas tərkibi dindarlardan ibarətdir.
Nəşrlərin yazdığına görə, Xamneyi çıxışında açıq şəkildə bildirib ki, gec-tez “varis” məsələsi gündəmə gəlməlidir və yaxşı haldır ki, şura üzvləri bundan sonra bu barədə düşünsünlər. O, cəmiyyətin tədricən buna hazırlaşmalı olduğunu da açıqlayıb. Təhlilçilər qeyd edirlər ki, Xamneyi illərdir İranın Ali Rəhbəri postuna varisi kimi hazırladığı oğlu Müctəbi özünə “varisi” etmək istəyir.
Məhz bu məlumatların mediada işıqlandırlması onu deməyə əsas verir ki, İran siyasi elitası yaxın günlərdə qəti qərarını verməlidir. Ali Dini liderin yaxın ətrafı isə özlərinə yaxın media resurslarında İran prezidenti Məsud Pezeşkian səriştəsizlikdə ittiham etməsi uçurumun olduqca dərin olduğundan xəbər verir. Bir sözlə ali dini lider Seyid Əli Xameneinin “varis” planının baş tutub, tutmayacağı zaman məsələsidir. (Ulusal.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri