İrandakı hərbi əməliyyatlar Ukrayna danışıqlarını dayandırıb Zelenski

04.03.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski  Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar ABŞ və İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyat səbəbindən saxlandığını deyib.

Redaktor.az xəbər verir ki, Zelenski bu haqda öz "Telegram" kanalında paylaşdığı müraciətində bildirib.

Onun sözlərinə görə, İran ətrafındakı mövcud vəziyyət üçtərəfli görüşün keçirilməsi üçün lazımi siqnalların verilməsinə mane olur:

"Təhlükəsizlik və ümumi siyasi kontekst imkan verən kimi həmin üçtərəfli diplomatik iş davam etdiriləcək. Ukrayna buna hazırdır", - deyə Zelenski vurğulayıb.

Prezident martın 2-də verdiyi bəyanatda qeyd etmişdi ki, danışıqların yeni raundu martın 5-dən 8-nə qədər keçirilə bilər. Lakin Yaxın Şərqdəki döyüş əməliyyatları səbəbindən görüşün məhz Əbu-Dabidə baş tutacağını təsdiqləmək hələlik mümkün deyil.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью