İrandakı hərbi əməliyyatlar Ukrayna danışıqlarını dayandırıb Zelenski
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar ABŞ və İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyat səbəbindən saxlandığını deyib.
Redaktor.az xəbər verir ki, Zelenski bu haqda öz "Telegram" kanalında paylaşdığı müraciətində bildirib.
Onun sözlərinə görə, İran ətrafındakı mövcud vəziyyət üçtərəfli görüşün keçirilməsi üçün lazımi siqnalların verilməsinə mane olur:
"Təhlükəsizlik və ümumi siyasi kontekst imkan verən kimi həmin üçtərəfli diplomatik iş davam etdiriləcək. Ukrayna buna hazırdır", - deyə Zelenski vurğulayıb.
Prezident martın 2-də verdiyi bəyanatda qeyd etmişdi ki, danışıqların yeni raundu martın 5-dən 8-nə qədər keçirilə bilər. Lakin Yaxın Şərqdəki döyüş əməliyyatları səbəbindən görüşün məhz Əbu-Dabidə baş tutacağını təsdiqləmək hələlik mümkün deyil.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 04 Mart 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















