Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır. “Əli Xameneinin yerinə bir başqa ali dini liderin gətirilməsi bütün ideoloji rejim
Yəni gözləyirlər ki, Əli Xamenei dünyasını dəyişəndən sonra bu prosesə gedilsin. Bununla bağlı illərdir ki, çalışırlar.
Deyilənlərə görə, bir neçə namizəd var. Amma əsas ad Müctəbə Xameneidir. Onun adını bir ara gündəmə gətirdilər.
Gördülər ki, insanlar buna yaxşı reaksiya vermədi və bu məsələni yığışdırdılar.
Bu gün Mossad Farsinin irəli sürdüyü iddialar əsasında dini rəhbərliyin dəyişdirilməsi məsələsinin İranda gündəmə gətirilməsi mümkün deyil”.
Bu barədə Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlama verib: “Burada bir neçə məqam var.
O məqamlardan biri budur ki, İsrailin kəşfiyyat orqanları İrandakı reallıqlarla hesablaşmaq istəmirlər.
Onların təbliğatlarına da baxanda görürük ki, əsasən farsçılıq əsasında formalaşmış İran tarixi, irançılığın Qureyş deyilən adama bağlanması və onun əsasında bir münasibətin formalaşdırılması, mesajların verilməsi və s.