Icma.az
close
up
RU
İrandakı rejimi vətəndaşın sosial iqtisadi vəziyyəti yox, Qərblə düşmənçilik siyasətinin inkişafı maraqlandırır

İrandakı rejimi vətəndaşın sosial iqtisadi vəziyyəti yox, Qərblə düşmənçilik siyasətinin inkişafı maraqlandırır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Əli Xameneinin yerinə bir başqa ali dini liderin gətirilməsi bütün ideoloji rejimlərdə olduğu kimi İranda da qəbul olunmazdır. Yəni gözləyirlər ki, Əli Xamenei dünyasını dəyişəndən sonra bu prosesə gedilsin. Bununla bağlı illərdir ki, çalışırlar. Deyilənlərə görə, bir neçə namizəd var. Amma əsas ad Müctəbə Xameneidir. Onun adını bir ara gündəmə gətirdilər. Gördülər ki, insanlar buna yaxşı reaksiya vermədi və bu məsələni yığışdırdılar. Bu gün Mossad Farsinin irəli sürdüyü iddialar əsasında dini rəhbərliyin dəyişdirilməsi məsələsinin İranda gündəmə gətirilməsi mümkün deyil”.

Bu barədə Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlama verib: “Burada bir neçə məqam var. O məqamlardan biri budur ki, İsrailin kəşfiyyat orqanları İrandakı reallıqlarla hesablaşmaq istəmirlər. Onların təbliğatlarına da baxanda görürük ki, əsasən farsçılıq əsasında formalaşmış İran tarixi, irançılığın Qureyş deyilən adama bağlanması və onun əsasında bir münasibətin formalaşdırılması, mesajların verilməsi və s. bu proses o anlama gəlir ki, İsrail kəşfiyyat orqanları hələ də İran coğrafiyasında yaşayan qeyri fars millətlərinin mövcudluğu ilə, varlığı ilə hesablaşmaq fikrində deyil. Proseslərə tamamilə başqa bir bucaqdan baxırlar. Bu rejimin də dəyişdirilməsi siyasətində kütlənin etiraza qalxması məsələsi üzərindən bir sıra onların apardıqları hesablamalar da nəticəsiz qalır. Çünki İranda qeyri-fars millətlərinin formalaşdırdıqları milli azadlıq hərəkatları əsas alternativ güc olaraq ortadadır”.

Sadiq İsabəylinin fikrincə, bu güclə, bu proseslərlə, bu mübarizələrlə hesablaşılmayana qədər bu rejimin nə qədər də böhran içində olursa olsun, çökdürülməsi asan olmayacaq.

Sadiq İsabəyli

“Bu rejim üçün vətəndaş, vətəndaşın sosial-iqtisadi vəziyyəti maraqlı deyil. Bu, rejimi maraqlandıran onun ideoloji xətti, onun Qərblə düşmənçilik siyasətinin inkişaf etdirilməsi, bu əsasda bir sıra dövlətlərdən, o cümlədən Rusiyadan ciddi dəstəyin alınması, İsraillə savaşda bir qalibiyyətin formalaşdırılması siyasətidir. Onlar hər gün ballistik raketlərin inkişafından danışırlar və onun uzunmənzilli olması haqqında məlumatlar verirlər, sınaqlarını təbliğ edirlər, göstərirlər. Demək istəyirlər ki, "İranın ideoloji siyasi gücü kifayət qədər çoxdur". Bu, ona imkan verəcək ki, Qərbin düşmənçilik siyasətinin öhdəsindən gələ bilsin. Əgər bu prosesdə Rusiya dövləti də İranı dəstəkləsə, bu da Rusiyanın geopolitik maraqlarını əhatə edən bir ideoloji və siyasi tutum olacaq”-deyə siyasi şərhçi bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri