İrandan Fransaya sərt xəbərdarlıq

22.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İranın Kəşfiyyat Nazirliyi Fransa hökumətinə rəsmi açıqlama verərək Tehrana qarşı "qanunsuz və müdaxiləçi" addımların cavabsız qalmayacağı barədə xəbərdarlıq edib. 

Redaktor.az xəbər verir ki, son günlərdə iki ölkə arasında diplomatik gərginlik pik həddə çatıb. İran tərəfi Tehrandakı Fransa səfirliyinin iki diplomatını əhatə edən "casus şəbəkəsi"nin aşkarlandığını elan edib. Bundan sonra onların persona non-qrata elan edilməsi  və ölkədən çıxarılması qərarı verilib. 

Buna cavab olaraq Paris də öz növbəsində kəskin reaksiya verərək ittihamları rədd etdi və İran diplomatlarının qovulduğunu elan etdi.

İran kəşfiyyat və təhlükəsizlik strukturları, o cümlədən SEPAH-a yaxın kanallar Fransa tərəfinin hər hansı bir bu cür hərəkətinə "mütənasib və sərt cavab" veriləcəyini və Parisin nəticələrə görə məsuliyyət daşımalı olduğunu vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью