İrandan Fransaya sərt xəbərdarlıq
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İranın Kəşfiyyat Nazirliyi Fransa hökumətinə rəsmi açıqlama verərək Tehrana qarşı "qanunsuz və müdaxiləçi" addımların cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, son günlərdə iki ölkə arasında diplomatik gərginlik pik həddə çatıb. İran tərəfi Tehrandakı Fransa səfirliyinin iki diplomatını əhatə edən "casus şəbəkəsi"nin aşkarlandığını elan edib. Bundan sonra onların persona non-qrata elan edilməsi və ölkədən çıxarılması qərarı verilib.
Buna cavab olaraq Paris də öz növbəsində kəskin reaksiya verərək ittihamları rədd etdi və İran diplomatlarının qovulduğunu elan etdi.
İran kəşfiyyat və təhlükəsizlik strukturları, o cümlədən SEPAH-a yaxın kanallar Fransa tərəfinin hər hansı bir bu cür hərəkətinə "mütənasib və sərt cavab" veriləcəyini və Parisin nəticələrə görə məsuliyyət daşımalı olduğunu vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 22 Avqust 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















