İranın Azərbaycana qarşı ideoloji hücum aləti: Molla Həsənlə bağlı YENİ FAKTLAR | Icma.az
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq. Ölkəmiz müstəqillik qazandıqdan bu günə kimi, İran İslam Respublikası Azərbaycan Respublik
İranın bu hücumlarının qarşısı hər zaman qətiyyətlə alınmış və cavab tədbirləri layiq olduğu şəkildə verilmişdir.
Teokratik İran rejiminin təsir etmək istədiyi sahələrdən biri və birincisi isə din sahəsi olmuşdur ki, burada fəəliyyət həm ölkədaxilindən, həm də İranın öz içindəki səlahiyyətli şəxsləri tərəfindən aparılmışdır.
Azərbaycan daxilində heç bir resursunun qalmadığı bir zamanda, İran tərəfi əsas çıxış yolunu daxilindəki təsir agentlərindən istifadədə görür.
İran rejiminin düşüncəsinə görə bu cür təsir alətlərindən biri - etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbil vilayətində fəaliyyət göstərən və insanlara Azərbaycan dilində xitab edən molla Həsən Amilidir.
İrandakı 30 milyon azərbaycanlının Amilinin cəfəng fikirləri barədə nə düşündüyünü söyləmək bizim üçün çətin olsa da, Azərbaycan Respublikasında ona qulaq asanın olmadığını, olanların isə Amilini məsxərəyə qoyduğunu əminliklə deyə bilərik.
Araşdırmalarımız zamanı dəqiqləşdirdik ki, İranın ali dini rəhbəri Seyid Əli Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Həsən Amili əslən Livandandır.
(mənbə) Bioqrafiyasına əsasən ata-babaları Səfəvilər dövründə Livanın Sadat Cəbəl Amil bölgəsindən Ərdəbilə köçmüşlər.
Tam oxu
Xəbəri oxu