Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

İranın Azərbaycana qarşı ideoloji hücum aləti: Molla Həsənlə bağlı YENİ FAKTLAR

İranın Azərbaycana qarşı ideoloji hücum aləti: Molla Həsənlə bağlı YENİ FAKTLAR

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Ölkəmiz müstəqillik qazandıqdan bu günə kimi, İran İslam Respublikası Azərbaycan Respublikasına qarşı müxtəlif vasitələr və alətlərlə hücumlar etmişdir. İranın bu hücumlarının qarşısı hər zaman qətiyyətlə alınmış və cavab tədbirləri layiq olduğu şəkildə verilmişdir.

Teokratik İran rejiminin təsir etmək istədiyi sahələrdən biri və birincisi isə din sahəsi olmuşdur ki, burada fəəliyyət həm ölkədaxilindən, həm də İranın öz içindəki səlahiyyətli şəxsləri tərəfindən aparılmışdır.

Azərbaycan daxilində heç bir resursunun qalmadığı bir zamanda, İran tərəfi əsas çıxış yolunu daxilindəki təsir agentlərindən istifadədə görür.

İran rejiminin düşüncəsinə görə bu cür təsir alətlərindən biri - etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbil vilayətində fəaliyyət göstərən və insanlara Azərbaycan dilində xitab edən molla Həsən Amilidir. İrandakı 30 milyon azərbaycanlının Amilinin cəfəng fikirləri barədə nə düşündüyünü söyləmək bizim üçün çətin olsa da, Azərbaycan Respublikasında ona qulaq asanın olmadığını, olanların isə Amilini məsxərəyə qoyduğunu əminliklə deyə bilərik.

Araşdırmalarımız zamanı dəqiqləşdirdik ki, İranın ali dini rəhbəri Seyid Əli Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Həsən Amili əslən Livandandır. (mənbə) Bioqrafiyasına əsasən ata-babaları Səfəvilər dövründə Livanın Sadat Cəbəl Amil bölgəsindən Ərdəbilə köçmüşlər. İslam dininin prinsiplərinə, xüsusilə şiə məzhəbinin etiqadına görə, “seyid” titulu daşıyan şəxslər əslən İmam Hüseyn nəslindən hesab edilirlər. Buna görə də müxtəlif coğrafiyalarda yerli xalqlarla qaynayıb qarışsalar da, həmin şəxslər ərəb əsilli olduqları birmənalıdır. Azərbaycan mediasında onun erməni əsilli olması haqda məlumatlar yayılsa da bu fakt təsdiqini tapmayıb, onun erməni əsilli olması və ya hansısa çıxışında bunu etiraf etməsinə dair məlumatlara rast gəlinmir.

Seyid Həsən Amili 31 oktyabr 2002-ci ildə İranın ali dini rəhbəri Seyid Əli Xamenei tərəfindən Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi vəzifəsinə təyin edilmişdir. O, həm də 20 fevral 2007-ci il tarixdə ilk dəfə olaraq 4-cü çağırış Ali Rəhbərin Ekspertlər Məclisinə üzv seçilmişdir. Növbəti dəfə 5-ci çağırış, sonra isə 11 mart 2024-cü il tarixdə keçirilmiş seçkilər nəticəsində cari, 6-cı çağırış üzrə də məclisə üzv seçilmişdir.

Ekspertlər Məclisi İranın teokratik rejimində əsas qurumlardan biri hesab edilir. Onun əsas vəzifəsi ölkənin ali rəhbərini seçmək və fəaliyyətinə “nəzarət” etməkdir. Lakin faktiki olaraq Ekspertlər Məclisində təmsil olunan ruhanilərin hər biri Ə.Xameneinin vilayətlər üzrə təyin etdiyi nümayəndələrdir. Buna görə də məclisin ali dini rəhbərin fəaliyyətinə nəzarət funksiyasına elə də ciddi yanaşılmır.

Son dövrlərin müşahidələri göstərir ki, Həsən Amili İran hakimiyyətinin Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərən əsas simalarından biridir. O etdiyi çıxışlarında mütəmadi olaraq Azərbaycanın daxili işlərinə qarışaraq ölkəmizin konstitusiya quruluşu ilə bağlı yersiz bəyanatlar verir.

Ə.Xameneinin “Qarabağ islam torpağıdır” fikrindən çıxış edərək Azərbaycan xalqı arasında rəğbət qazanmağa çalışmış, Azərbaycan vətəndaşlarını İranın teokratik rejiminə cəlb etmək istiqamətində fəaliyyətlər göstərmişdir. O, həmin dövr ərzində etdiyi çıxışlarda Qarabağın Azərbaycana məxsus olmasını vurğulayır, lakin işğalın “yalnız İrana bağlı dindarlar tərəfindən azad edilə biləcəyi fikirini” təlqin edirdi. Eynilə mütəmadi olaraq “Azərbaycanın tarixən İran ərazisi olması” barədə çıxışlar etmiş və cəlb etdikləri Azərbaycan vətəndaşları arasında həm də irançılıq təmayüllərinin gücləndirilməsinə çalışmışdır.

H.Amili Nardaran hadisələri ilə bağlı hər il keçirilən “Nardaran şəhidləri” adlı anti-Azərbaycan mərasimlərin təşkilatçısı olmuşdur.

Eləcə də, qondarma “müsəlman azərilər günü” təsis etmiş və hər il yanvarın 19-da bu gün münasibətilə Ərdəbildə anti-Azərbaycan tədbirləri təşkil etmişdir. Həm həmin mərasimlər, həm də Amilinin tədbirlərdə çıxışı İranın rəsmi informasiya resursları tərəfindən geniş şəkildə tirajlanmışdır.

Ərdəbildə anti-Azərbaycan seqmentdə təsis edilmiş və fəaliyyət göstərən “Qafqaz Mədəniyyət Mərkəzi” də H.Amilinin rəhbərliyi altında fəaliyyət göstərir.

Mediada yayılan məlumatlara görə, Amili tərəfindən idarə olunan “Azərbaycan İslam Oyanış Hərəkatı” və “Hüseyniyyə Məscidi” adlı şəbəkəyə “islamazeri.az” saytı, Təbrizdən yayınlanan “Səhər TV” kanalı, Tehrandakı “AranNews” İnformasiya Agentliyi daxildir.

Həsən Amili Ermənistana hücum etməmək barədə vədinə görə Zakir Həsənova təşəkkür etməsi ilə də xatırlanır. O, 11 oktyabr 2022-ci ildə özünün “tvitter” hesabında Azərbaycan müdafiə nazirinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefon danışığı zamanı Ermənistana hücum etməyəcəyi ilə bağlı vəd verməsinə görə təşəkkür etmişdi. "Azərbaycanın müdafiə naziri Zakir Həsənova bu həftə general Baqiri ilə danışığı zamanı Ermənistan ərazisində gözləri olmadığı və bu ölkəyə hücum etməyəcəkləri ilə bağlı vədinə görə təşəkkür edirəm. Ermənistan və Azərbaycan problemləri danışıq yolu ilə və dostcasına həll edilə bilər. Bu sözdə dərin məntiq hiss olunur",- deyə, əyalət mollası yazmışdı. Əslində Amili burada manipulyasiyaya yol vermiş, həm Azərbaycan müdafiə naziri adından yalan məlumat yaymış, həm də Azərbaycanı hücuma keçən tərəf kimi göstərmişdi. Digər tərəfdən, bu şəxs Azərbaycan torpaqlarını 30 il müddətində hərbi işğal altında saxlayan, 1 milyondan artıq Azərbaycanlıya qaçqın və məcburi köçkün həyatı yaşadan, məscidlərimizi, dini-tarixi abidələrimizi dağıdan, təbii sərvətlərini talayan Ermənistana dost kimi yanaşmasını istəyir. Bu Amilinin simasında İranın Azərbaycana olan münasibətinin bariz nümunəsidir.

Amilinin digər təşəkkürü Bakıda keçirilən "COP-29" konfransında iştirakdan imtina etdiyinə görə İran prezidentinə ünvanlamışdı. O bildirirdi ki, İslam dünyası elə zəifləmiş vəziyyətdədir ki, eyni vaxtda iki ziddiyyətli görüş keçirilir: biri İsrailə qarşı, digəri isə İsrail rejiminin rəhbərini dünya iqlim konfransına dəvət edir.

Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi və digər geosiyasi məsələlərlə bağlı İranın anti-Azərbaycan mövqeyini səsləndirən əsas “sözçülər”dən biri kimi çıxış edən Amili mütəmadi olaraq Azərbaycan Respublikasına qarşı dezinformasiyalar və təhdidlər səsləndirir.

Bəzi sitatları təqdim edirik:

"Bölgəmizdəki bir ölkə İsrailin ehtiyac duyduğu xam neftin 40%-ni təmin edir"

“Ərdəbil, Təbriz, Urmu, Zəngan hətta Bakı gəncləri Livana “Hizbullah”a qatılmağa hazırdılar” (Ərdəbilin əyalət mollasının Həsən Nəsrullaha məktubundan)

Amili çıxışlarından birində “Qarabağda məsciddə olan heyvan heç kimi öldürmədi"-deməklə faktiki olaraq ermənilərin işğal olunmuş ərazilərdə məscidlərdə heyvan saxlanmasına haqq qazandırır.(faktyoxla.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Yanvar 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri