Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan əleyhinə daima təxribatçı açıqlamaları və çıxışlar edən Ərdəbil əyalətinin cümə imamı Həsən Amuli bu yaxınlarda Azərbaycana və ölkə prezidentinə qarşı təhqiramiz ifadələri ilə ölkə gündəmindədir.
Çıxışlarında dəfələrlə Azərbaycana qarşı kinini, nifrətini ifadə edən Həsən Amuli İran mediasında da tənqidlərə məruz qalıb.
Dövlət başçısı Prezident İlham Əliyev yerli televiziyalara yanvarın 7-si verdiyi müsabisində bu məsələdən yan keçməyib.
Onu da qeyd edək ki, Amulinin təxribatçı çıxışlardan sonra Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyevin şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekspert Elman Cəfərli vurğulayıb ki, Həsən Amuli öz çıxışları ilə əslində İranın Azərbaycana qarşı olan nikbin xislətini ortaya qoyub.
“Ərdəbildə “Çaldıran şəhidləri”nin xatirəsinə həsr olunmuş tədbirdə özünü “seyid” kimi qələmə verən Həsən Amuli Azərbaycan və Türkiyə əleyhinə qərəzli fikirlər səsləndirib.
Düşünürəm ki, bu həm də İranın Suriyadaki quyruq acısının nəticəsidir.