Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

İranın Azərbaycana qarşı təxribatlarının PƏRDƏARXASI: Ekspert nələri təklif edir?

İranın Azərbaycana qarşı təxribatlarının PƏRDƏARXASI: Ekspert nələri təklif edir?

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan əleyhinə daima təxribatçı açıqlamaları və çıxışlar edən Ərdəbil əyalətinin cümə imamı Həsən Amuli bu yaxınlarda Azərbaycana və ölkə prezidentinə qarşı təhqiramiz ifadələri ilə ölkə gündəmindədir.

Çıxışlarında dəfələrlə Azərbaycana qarşı kinini, nifrətini ifadə edən Həsən Amuli İran mediasında da tənqidlərə məruz qalıb.

Dövlət başçısı Prezident İlham Əliyev yerli televiziyalara yanvarın 7-si verdiyi müsabisində bu məsələdən yan keçməyib.

Onu da qeyd edək ki, Amulinin təxribatçı çıxışlardan sonra Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyevin şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekspert Elman Cəfərli vurğulayıb ki, Həsən Amuli öz çıxışları ilə əslində İranın Azərbaycana qarşı olan nikbin xislətini ortaya qoyub.

“Ərdəbildə “Çaldıran şəhidləri”nin xatirəsinə həsr olunmuş tədbirdə özünü “seyid” kimi qələmə verən Həsən Amuli Azərbaycan və Türkiyə əleyhinə qərəzli fikirlər səsləndirib. Düşünürəm ki, bu həm də İranın Suriyadaki quyruq acısının nəticəsidir.

Bildiyimiz kimi bu yaxınlarda Türkiyə ordusunun təzyiqləri ilə İranın proksi qüvvələri Suriyanı tərk etdi və xalqın qanını axıdan əzazil bir rejimi müdafiə edə bilmədi. Azlığın iradəsinin ifadəçisi Bəşər Əsəd devrildi. Suriya müsəlmanları, Suriya əhalisinin böyük əksəriyyəti vətənə qayıtdı. Təbii ki, İran bununla razılaşa bilməzdi, çünki İran Türkiyəni Yaxın Şərqdə öz rəqibi kimi görür.

Dekabrın 25- də baş vermiş təyyarə qəzasından sonra İran Azərbaycan-Rusiya arasında yaranmış müəyyən soyuqluqdan sui-istifadə etmək istədi və Azərbaycana qarşı müəyyən fikirlər səsləndirdi.

İran Arazdan şimalda müstəqil, modern, güclü iqtisadiyyatı, güclü dövləti, müstəqil və güclü xarici siyasəti olan bir dövlətin, Azərbaycan Türk dövlətinin qurulmağını istəməyib. Bu, 30 il belə davam edib.

Azərbaycan ilk dəfə Qarabağda hərbi əməliyyatlara belə başlayanda İran Arazın kənarında Suriyadan, Pakistandan gəlmiş terrorçu dəstələr axtarırdı.

Onu da qeyd edim ki, İranın ali lideri Xamneyi tərəfindən ölkəmizə qarşı dəfələrlə qərəzli fikirlər səslənib. İran həmişə öz ideoloji təxribatlarını həyata keçirmək üçün Quzeydə zəif, yaralı, ərazisinin bir hissəsini itirmiş, asılı bir dövlətin olmasını istəyib”, – deyə E.Cəfərli əlavə edib.

E.Cəfərli bildirib ki, Azərbaycanda Birinci Qarabağ müharibəsindən sonra 1 milyon məcburi köçkünün olduğu dövrdə İran humanitar yardım adı ilə ölkəyə daxil olub, çirkin siyasətlərini yeritmək istəyirdi: “Hətta“İmam Xomeyni İmdad Komitəsi” da var idi. İnsanların pis güzaranından istifadə edib, onlara öz zərərli ideoloji tezislərini aşılıyırdılar. Şükürlər olsun ki, 2000-ci ildə Azərbaycan öz qəddini dikəldərək, İranın ölkəmizdəki təxribat mərkəzlərini bağladı.

Bakıda, Gəncədə, Cənub bölgəsində Seyid Əli Əkbər Ocaqnejatın fəaliyyət göstərdiyi mərkəzlər var idi və orada kifayət qədər də pozucu ideoloji işlər aparılırdı. Özlərinə tərəfdarlar, Xomeyniçilər toplayırdılar. Buna da müəyyən qədər nail olmuşdular.

Mən həmişə demişəm, Azərbaycan ərazi bütövlüyünün bərpasına Nardaran kəndindən başladı. Bilirik ki, Nardaran o vaxtlar dövlətə, dövlətin qanunlarına tabe olmurdu. Kəndin icması var idi və hər şeyi də o idarə edirdi. Kənddə 30 il ancaq qara bayraqlar, dini şüarlar var idi.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə aid heç bir kəlməyə, şüara rast gəlmək mümkün deyildi.

Azərbaycan ilk dəfə o kənddə əməliyyat keçirərək Nardaranı İranın əsarətindən xilas etdi. Çox qəribədir ki, biz orada da şəhid verdik. Rəsmi qurumların, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əməliyyatda təxribatçılara və terrorçulara qarşı əməliyyatda şəhid oldular.

O gün orada şəhid olanlar heç də Qarabağda şəhid olanlardan az qəhrəmanlıq göstərməmişdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Azərbaycan Qarabağda qəddini dikəldəndən sonra, ərazi bütövlüyünü bərpa etdikdən sonra daima daxildən müdaxilə edən İran bir müddət qınına çəkilərək müəyyən tənqidi fikirlərni ortaya qoymağa bağladı. İranın Azərbaycana qarşı xarici siyasəti də yanlış olub. Dini lider Xamneyinin illər öncə səsləndirdiyi “Qarabağ müsəlman torpağı” fikirləri bütünlüklə qərəzli idi. Axı bu nə deməkdir? Nə anlamdır? Qarabağ Azərbaycan torpağıdır!

“Qarabağ müsəlman torpağıdır” fikri çoxmənalı bir fikirdir. Bütün bunlar onların Azərbaycanı Respublika olaraq tanımaq istəməməsindən irəli gəlib. Hər zaman imperialist yanaşmalar ortaya qoyan İran, Qafqazda İranın 17 şəhərinin olduğunu deyib. Kökünə gəlsək, o dövrlərdə bugünki İran yox idi, Qacar dövləti, türk dövləti idi”.

Xamneyinin Ərdəbil şəhərinə təyin etdiyi Amulinin sıradan bir əyalət mollası olduğuna toxunan ekspert deyib ki, Azərbaycanda İlahiyyət Universitetini bitirmiş savadlı insanlar ondan daha savadlı, daha dünya görmüş insanlardır.
“Suriya əsilli olan bu şəxs sadəcə bir hiyləgər, molla rejiminin nökəridir. Onun türk düşmənliyi həm də burdan qaynaqlanır. Həsən Amulinin ölkəmiz haqqında səsləndiyi fikirlər tamamilə qərəzlidir və biz o fikirləri rədd edirik.

Bu gün Azərbaycan bu kimi hadisələrə cavab olaraq İrana məxsus bütün təxribatçı qüvvələri təmizləməlidir. Azərbaycanda İran xəttini müdafiə edənlər, meyxanaçılar, rövzəxanların və bu kimilərin fəaliyyəti ciddi olaraq nəzarətə alınmalıdır. Bu gün onlar el məclislərinə, daha çox yas məclislərinə gedirlər. Yas məclisləri həssas bir yerdir, Azərbaycan xalqının mentalitetində yas sahibinə bir hörmət var. Yas məclisində hər kəs sakit halda mollanın sözünü kəsmədən dinləyər. Onlar məhz belə məclislərdən uzun müddət sui-istifadə edərək İranın şiə təbliğatı altında irançılığı, xomeynçiliyi təbliğ ediblər. Bu kimi hallar tamamilə aradan qaldırılmalıdır. Dövlətin bura nəzarəti gücləndirməlidir. Rövzəxanlar, İran ideologiyasını təbliğ edənlər vəzifələrindən uzaqlaşdırılmalıdır.

Son zamanlar dini islahatlar, dini fəaliyyət sahəsində çox yaxşı islahatlar aparılıb. O islahatlara uyğun olaraq, ziyarətgahlara, yas məclislərinə nümayəndəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin edir. Bu, çox yaxşı bir haldır, mən bunu təqdir eləyirəm”– deyə ekspert bildirib.

E.Cəfərli təklif edir ki, İran ideologiyasını vuran, Azərbaycançılığı, turançılığı, türkçülüyü aşılayan, Güney Azərbaycanda milli kimlik hərəkatını dəstəkləyən, milli kimlik hərəkatına qalxan anadili hərəkatının fəallarını müdafiə edən təşkilatlar yaranmalıdır.

Onun fikrincə, onlara hər cür şərait yaradılmalı, Güney Azərbaycana xitab eləyən televiziyaların, media orqanlarının sayı artmalıdır.

“Biz Amuli və onu kimi molla rejiminin nökərlərinin zərərli təbliğatını yalnız bu yolla zərərsizləşdirə bilərik. Bu gün Azərbaycanda rəsmi olaraq fars milləti yaşamır. İrandillı xalqlar yaşasa da, onların çoxu Azərbaycanı sevir və Azərbaycana bağlıdırlar.

İranın 30 il ərzində Azərbaycanda ancaq fitnəçilər, meyxanaçılar, rövzəxanlar, mollalar yetişdirdi. Çünki gücü buna çatıb. Bir daha qeyd edirəm ideoloji məzmun prisipindən nəzarət günü-gündən daha da güclənməlidir”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri