Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq. İranın Azərbaycanda yeni səfir təyinatı gecikir.
KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai də dolayısı ilə təsdiqləyib.
Onun sözlərinə görə, təyinatla bağlı hazırlıq prosesi davam edir: “Yaxın zamanlarda o tamamlanmalıdır”.
2020-ci ilin sentyabrında Azərbaycandakı diplomatik missiyaya rəhbər gətirilən Abbas Musəvinin Bakıdakı fəaliyyəti xeyli uzun çəkdi.
Adətən, İran diplomatiyasında elçilərin bir ölkədə qalma müddəti 2 illə məhdudlaşır.
Abbas Musəvinin səfirlik dövrü isə 2024-cü ilin martına qədər davam edib.
Halbuki bundan nə az, nə çox, düz bir il əvvəl onu başqa bir şəxs əvəzləməli idi. O zaman Müctəba Dəmirçilunun adı hallanırdı.
Lakin gözlənilən təyinat baş vermədi. Hazırda M. Dəmirçilu İran XİN-də Avrasiya Departamentinin rəhbəri və nazir müavini olduğundan onun Azə