Icma.az
close
up
RU
İranın Azərbaycandakı yeni səfiri kim olacaq? KONKRET

İranın Azərbaycandakı yeni səfiri kim olacaq? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İranın Azərbaycanda yeni səfir təyinatı gecikir.

KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai də dolayısı ilə təsdiqləyib.

Onun sözlərinə görə, təyinatla bağlı hazırlıq prosesi davam edir: “Yaxın zamanlarda o tamamlanmalıdır”.

2020-ci ilin sentyabrında Azərbaycandakı diplomatik missiyaya rəhbər gətirilən Abbas Musəvinin Bakıdakı fəaliyyəti xeyli uzun çəkdi. Adətən, İran diplomatiyasında elçilərin bir ölkədə qalma müddəti 2 illə məhdudlaşır. Abbas Musəvinin səfirlik dövrü isə 2024-cü ilin martına qədər davam edib. Halbuki bundan nə az, nə çox, düz bir il əvvəl onu başqa bir şəxs əvəzləməli idi.

O zaman Müctəba Dəmirçilunun adı hallanırdı. Lakin gözlənilən təyinat baş vermədi. Hazırda M. Dəmirçilu İran XİN-də Avrasiya Departamentinin rəhbəri və nazir müavini olduğundan onun Azəırbaycana səfir təyin olunması ağlabatan deyil.

Yaddan çıxmamış İran XİN-də mətbuat katiblərinin bir çoxu qısa fəaliyyətdən sonra səfir təyin ediliblər. Elə Abbas Musəvi də Azərbaycana gəlməzdən əvvəl nazirliyin dili idi. Bunu nəzərə alaraq hazırlkı sözçü İsmayıl Bəqainin Bakıya göndəriləcəyi ehtimalı da nəzərdən qaçırılmamalıdır. Amma Bəqainin XİN-də mətbuat katibliyi tarixçəsi elə də çoxsəhifəli deyil.

Bir mühüm fakt da aprelin ayında İran prezidenti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəridir. Ehtimal etmək olar ki, yeni səfir səfərdə onu müşayiət edəcək, yaxud səfərdən bir neçə gün əvvəl təyinat alacaq.

İstənilən halda Azərbaycana səfir təyinatının rəsmi Tehran üçün həssas məsələ olması şəksizdir. Rəsmi Bakı da İran siyasətindəki incə məqamlara xüsusi diqqət yetirir. Onu hər “yoldan keçən”lə razı salmaq mümükün deyil.

İkitərəfli münasaibətlərdə çox az adam Azərbaycan rəsmilərinin rəğbətini qazanıb. Məsələn, 2016-cı ilə “Dostluq” ordeni ilə təltif edilmiş veteran İran siyasətçisi Mahmud Vaezi Bakının yəqin ki ən çox ürək qızdırdığı səxs olub. Başqa bir nümunə yada gəlmir.

Bəlkə elə Vaezini İranın Azərbaycandakı səfiri təyin etsinlər?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri