Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İran hökumətində təxminən 1990-cı illərin sonunda belə bir ideya yaranmışdı ki, Tacikistana iki boru çəkilə- biri ilə həmin ölkədən İrana su gələ, digər boru ilə isə İrandan Tacikistana xam neft gedə.
Bu layihə nəzəri baxımdan asan görünür...” İranda son aylarda nəinki rəsmən bəyan edilən “geniş yayılmış quraqlıq”, eyni zamanda dövlətin vaxtında tədbirlər görməməsi nəticəsində yaranan su böhranı artıq ölkənin və dövlətin bu günü və gələcəyi üçün təhlükələr daşıyan ən ciddi problemlərdən biri halına gəlib.
Xəbər verildiyi kimi, İranın enerji naziri Abbas Əliabadi qonşu ölkələrdən su idxalının planlaşdırılması barədə açıqlama verib.
“Əgər suyu münasib qiymətə satmaq istəyən bir ölkə varsa, biz onu alacağıq”, -deyə nazir bildirib.
Bəs görəsən, on milyonlarla qardaş-bacılarımızın da yaşadığı qonşu ölkəyə Azərbaycan da su problemi ilə bağlı hansısa dəstək verə bilərmi?
Digər hansı qonşuların İrana su satmaq imkanları var?.. Mövzu ilə bağlı müraciət etdiyimiz Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsən
Ölkədə bu məsələ çox ağır durum yaradıb. Təbii ki, bu, orada yaşayan soydaşlarımızın da həyatına təsirsiz ötüşmür.