Icma.az
close
up
RU
“İranın Azərbaycandan yox, daha çox Əfqanıstandan su almaq şansı var...”

“İranın Azərbaycandan yox, daha çox Əfqanıstandan su almaq şansı var...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İran hökumətində təxminən 1990-cı illərin sonunda belə bir ideya yaranmışdı ki,  Tacikistana iki boru çəkilə- biri ilə həmin ölkədən İrana su gələ, digər boru ilə isə İrandan Tacikistana xam neft gedə. Bu layihə nəzəri baxımdan asan görünür...”

İranda son aylarda nəinki rəsmən bəyan edilən “geniş yayılmış quraqlıq”, eyni zamanda dövlətin vaxtında tədbirlər görməməsi nəticəsində yaranan su böhranı artıq ölkənin və dövlətin bu günü və gələcəyi üçün təhlükələr daşıyan ən ciddi problemlərdən biri halına gəlib. 

Xəbər verildiyi kimi, İranın enerji naziri Abbas Əliabadi qonşu ölkələrdən su idxalının planlaşdırılması barədə açıqlama verib. 

“Əgər suyu münasib qiymətə satmaq istəyən bir ölkə varsa, biz onu alacağıq”, -deyə nazir bildirib.

Bəs görəsən, on milyonlarla qardaş-bacılarımızın da yaşadığı qonşu ölkəyə Azərbaycan da su problemi ilə bağlı hansısa dəstək verə bilərmi? Digər hansı qonşuların İrana su satmaq imkanları var?..

Mövzu ilə bağlı müraciət etdiyimiz  Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov Moderator.az-a açıqlamasında bunları söyləyib: 

“İranda son aylar ciddi su problemi yaranması haqda dəfələrlə danışmışıq. Ölkədə bu məsələ çox ağır durum yaradıb. Təbii ki, bu, orada yaşayan soydaşlarımızın da həyatına təsirsiz ötüşmür. İndi İran hakimiyyəti çıxış yollarından birini qonşu ölkələrdən pulla su almaqda görür. Ancaq görək, hansı qonşuların özünün su problemi yoxdur ki, bu ölkəyə də su sata bilsin. Hesab edirəm ki, İran su alınmalı qonşu ölkələrdən danışarkən ilk növbədə Azərbaycanı yox, daha çox Əfqanıstanı nəzərdə tuta bilər. Əlbəttə, biz əhalisinin yarısından çoxu Azərbaycan türkü olan bir ölkənin su probleminin həllində iştirakdan məmnunluq duyardıq.  Amma hazırda, təəssüf ki, Azərbaycanın özündə su problemi yaranmaqdadır. Deyək ki, Araz çayından su verilməsi nəzərdə tutulursa, onsuz da iki ölkənin sərhədindəki Xudafərin su anbarından hər iki tərəf yarıbayarı- bərabər miqdarda suvarma işləri üçün istifadə edir. Əgər bundan əlavə İrana su satılsa, bizim özümüz üçün problem yarana bilər... 

Lakin Əfqanıstanda su boldur. Və hazırda əfqanlar böyük bir kanal tikirlər ki, bu da ölkəni başdan-başa suvarmağa xidmət edəcək. Amma məsələ ondadır ki, hazırda hakimiyyətdə olan Taliban hökuməti ölkə ərazisindəki sulardan İrana satmağa razılaşacaqmı və sərfəli qiymətə satacaqmı? Bu da iki dövlət arasında aparılacaq danışıqlardan asılıdır...  

Digər ölkələrə gəldikdə, Ermənistanda su Azərbaycana nisbətən boldur. Ancaq bu ölkə İrana nə qədər və hansı qiymətə su sata bilər ki, öz əhalisi üçün problem yaranmasın? Türkiyədən də bəlkə müəyyən miqdarda su alınması mümkündür. Bunun üçün də müxtəlif şərtlər müzakirə olunmalıdır... 

İranın həmsərhəd olmadığı, ancaq nisbətən yaxın ölkələrdən Tacikistanda su bolluğu var. Məhz həmin səbəbdən bu ölkədə, demək olar ki, hər il dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin iştirakıyla qlobal su problemi ilə bağlı 3-4 günlük beynəlxalq tədbirlər keçirilir. Mərkəzi Asiyanın su ehtiyatlarının ən böyük hissəsi məhz Tacikistandadır. Bu da əsasən böyük yüksəkliyə malik Pamir dağlarının zirvələrindəki qar-buz laylarıyla bağlıdır... 

İran hökumətində təxminən 1990-cı illərin sonunda belə bir ideya yaranmışdı ki,  Tacikistana iki boru çəkilə- biri ilə həmin ölkədən İrana su gələ, digər boru ilə isə İrandan Tacikistana xam neft gedə. Bu layihə nəzəri baxımdan asan görünür. Lakin bu xətlər başqa ölkələrin ərazisindən və müxtəlif relyefli ərazilərdən keçəcəyi üçün böyük miqdarda xərc tələb edir. Odur ki, həmin layihə yalnız danışıqlar səviyyəsində qaldı...

Bir daha təkrar edirəm ki, digər daxili problemlər kimi İrandakı su problemi də əsasən on illərlə xarici siyasətin düzgün qurulmaması səbəbindən yaranıb. Bununla belə, ümid edək ki, qardaşlarımızın da yaşadığı qonşu ölkə tezliklə problemlərinin həllini tapacaq...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri