Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi İranda səfərdə olub və bir sıra vacib görüşlər keçirib.
O, həmçinin İran Prezidenti Məsud Pezeşkianla da müzakirələr aparıb.
Politoloqlara görə, bu, Azərbaycan-İran münasibətlərinin yaxşılaşması istiqamətində mühüm addım sayıla bilər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın İrana qarşı həmişə mehriban qonşuluq siyasəti yürütməsinə baxmayaraq, zaman-zaman İran tərəfindən bu münasibətlərə neqativ təsir edən addımlar atılıb.
Onun sözlərinə görə, Azərbaycanla İranın mehriban qonşuluq münasibətlərindən başqa alternativi yoxdur və bu məsələdə Azərbaycan İrana qarşı həmişə bunu əsas prinsip kimi götürüb: "Azərbaycan heç bir zaman İran əleyhinə kampaniyalarda iştirak etməyib, öz ərazisindən İrana qarşı istifadə edilməsinə razılıq verməyib.
İrana qarşı hər hansı bir sanksiyaları, boykotu Azərbaycan qəbul etməyib. Bu, bizim qonşumuzdur və onunla yaxşı münasibətlər olmalıdır.
Amma təəssüf ki, zaman-zaman İran tərəfdən Azərbaycanın bu xoş münasibətinə lazımi qiymət verməyən qüvvələr olub.