Icma.az
close
up
RU
İranın bu gün qonşu dövlətlərin içində yeganə yaxşı münasibəti Azərbaycanladır AÇIQLAMA

İranın bu gün qonşu dövlətlərin içində yeganə yaxşı münasibəti Azərbaycanladır AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi İranda səfərdə olub və bir sıra vacib görüşlər keçirib. O, həmçinin İran Prezidenti Məsud Pezeşkianla da müzakirələr aparıb.

Politoloqlara görə, bu, Azərbaycan-İran münasibətlərinin yaxşılaşması istiqamətində mühüm addım sayıla bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın İrana qarşı həmişə mehriban qonşuluq siyasəti yürütməsinə baxmayaraq, zaman-zaman İran tərəfindən bu münasibətlərə neqativ təsir edən addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycanla İranın mehriban qonşuluq münasibətlərindən başqa alternativi yoxdur və bu məsələdə Azərbaycan İrana qarşı həmişə bunu əsas prinsip kimi götürüb:

"Azərbaycan heç bir zaman İran əleyhinə kampaniyalarda iştirak etməyib, öz ərazisindən İrana qarşı istifadə edilməsinə razılıq verməyib. İrana qarşı hər hansı bir sanksiyaları, boykotu Azərbaycan qəbul etməyib. Bu, bizim qonşumuzdur və onunla yaxşı münasibətlər olmalıdır. Amma təəssüf ki, zaman-zaman İran tərəfdən Azərbaycanın bu xoş münasibətinə lazımi qiymət verməyən qüvvələr olub. Təəssüf ki, zaman-zaman Azərbaycana qarşı aqressiv bəyanatlar səsləndirən rəsmi dairələr, hətta deputatlar olub, müstəqilliyimizi şübhə altına almağa çalışıblar. İki il bundan əvvəl isə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu münasibətlərin çox ciddi bir böhran nöqtəsi idi. İran Azərbaycan səfirliyinin təhlükəsizliyini qorumadı, bir terrorçunun cinayətinə dəstək verdi. Hətta terrorun axşamı günü həmin terrorçunu televiziya kanallarına çıxararaq, onun hədyan fikirlərinə şərait yaratdı. Aydın məsələdir ki, bu, münasibətlərimizə müəyyən soyuqluq gətirdi və bunun ağrısını ilk növbədə İran hiss etdi. İranın bu gün qonşu dövlətlərin içində yeganə yaxşı münasibəti Azərbaycanladır. Bu baxımdan İran tərəfi son dövrlərdə Azərbaycana qarşı aqressiyasını səngiyib, Azərbaycanla xoş münasibətlər qurmaq istəyini vaxtaşırı ifadə edir və Azərbaycan da buna lazımi cavab verir".

Deputatın sözlərinə görə, münasibətlərin yenidən mehriban qonşuluq çərçivəsində inkişaf etməsi regionun təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verə bilər.

"Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri İran-Azərbaycan münasibətlərinin normal məcraya yönəlməsində çox əhəmiyyətli bir məsələ oldu. Çoxsaylı görüşlərdə Azərbaycan-İran münasibətlərini daima müsbət məcrada saxlamaq barəsində qərara gəlindi. Azərbaycan tərəfdən bu məsələdə hər hansı bir problem yoxdur. Söz İran tərəfinindir və Azərbaycan rəsmisinin İran prezidenti tərəfindən qəbul edilməsinin özü də İranın Azərbaycanla yaxşı münasibətlərə maraq göstərdiyinin bir sübutu oldu. Bundan sonra münasibətlərimizin yenidən mehriban qonşuluq münasibətləri məcrasında gedəcəyini istəyirik. Zaman göstərəcək ki, İran tərəfi nə dərəcədə Azərbaycanla münasibətlərdə səmimidir. Bizim görəcəyimiz bir çox birgə işlər var. Bizim regionda təhlükəsizliyin təmin edilməsində çox böyük rolumuz var. Bizlər birgə iqtisadi layihələr həyata keçirə bilərik. Bizlərin birgə layihələri 100 minlərlə yeni iş yeri yaranmasına, büdcənin böyüməsinə səbəb ola bilər və hesab edirəm ki, bu münasibətlərin bundan sonra yüksək xətlə getməsi üçün bütün potensial və imkanlar var", - deyə A.Mirzəzadə bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri