İranın Əbu Dabiyə raket zərbəsi nəticəsində beş nəfər yaralanıb

28.03.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran tərəfindən Əbu-Dabinin əsas sənaye mərkəzi hesab edilən Xəlifə zonasına endirilən raket zərbələri nəticəsində xəsarət alanlar var.

Moderator.az xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, İrandan Xəlifə sənaye kompleksinə doğru buraxılan raketin hissələrinin düşməsi azı beş şəxsin yaralanmasına səbəb olub.

Bundan öncə verilən xəbərlərdə İranın həyata keçirdiyi raket hücumu səbəbindən sənaye bölgəsinin ətrafında iki yanğının baş verdiyi qeyd olunurdu. Hazırda yanğınsöndürmə qrupları alovun qarşısını almaq üçün tədbirlər görürlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью