İranın Əbu Dabiyə raket zərbəsi nəticəsində beş nəfər yaralanıb
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran tərəfindən Əbu-Dabinin əsas sənaye mərkəzi hesab edilən Xəlifə zonasına endirilən raket zərbələri nəticəsində xəsarət alanlar var.
Moderator.az xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, İrandan Xəlifə sənaye kompleksinə doğru buraxılan raketin hissələrinin düşməsi azı beş şəxsin yaralanmasına səbəb olub.
Bundan öncə verilən xəbərlərdə İranın həyata keçirdiyi raket hücumu səbəbindən sənaye bölgəsinin ətrafında iki yanğının baş verdiyi qeyd olunurdu. Hazırda yanğınsöndürmə qrupları alovun qarşısını almaq üçün tədbirlər görürlər.
Baxış sayı:110
Bu xəbər 28 Mart 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















