İranın “Əqrəb”ləri Ermənistana gətirildi

14.08.2026

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Ermənistan Müdafiə Nazirliyi ordunun İran və Hindistandan alınan hava hücumundan müdafiə sistemləri ilə keçirdiyi təlimlərin görüntülərini yayıb.

Hurriyyet.Media  xəbər verir ki, təlimlər zamanı İran istehsalı olan qısa mənzilli “Əqrəb” (“Majid”) HHM sistemi və Hindistanın orta mənzilli “Akash” sistemi nümayiş etdirilib.

Görüntülərin yayılması Ermənistanın İranla hərbi əməkdaşlığını genişləndirdiyi bir vaxta təsadüf edir.

Hərbi ekspertlərin fikrincə, bu əməkdaşlıq İrəvanın təhlükəsizlik siyasətindəki ziddiyyətləri açıq şəkildə ortaya qoyur. Bir tərəfdən Ermənistan Qərblə hərbi və siyasi əlaqələrini dərinləşdirir, digər tərəfdən isə ABŞ və Qərbin sanksiyaları altında olan İranla müdafiə sahəsində əməkdaşlığını artırır. İran istehsalı HHM sistemlərinin Ermənistan ərazisində nümayişi isə münasibətlərin artıq siyasi bəyanatlardan çıxaraq hərbi-texniki müstəviyə keçdiyini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью