İranın “Əqrəb”ləri Ermənistana gətirildi
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Ermənistan Müdafiə Nazirliyi ordunun İran və Hindistandan alınan hava hücumundan müdafiə sistemləri ilə keçirdiyi təlimlərin görüntülərini yayıb.
Hurriyyet.Media xəbər verir ki, təlimlər zamanı İran istehsalı olan qısa mənzilli “Əqrəb” (“Majid”) HHM sistemi və Hindistanın orta mənzilli “Akash” sistemi nümayiş etdirilib.
Görüntülərin yayılması Ermənistanın İranla hərbi əməkdaşlığını genişləndirdiyi bir vaxta təsadüf edir.
Hərbi ekspertlərin fikrincə, bu əməkdaşlıq İrəvanın təhlükəsizlik siyasətindəki ziddiyyətləri açıq şəkildə ortaya qoyur. Bir tərəfdən Ermənistan Qərblə hərbi və siyasi əlaqələrini dərinləşdirir, digər tərəfdən isə ABŞ və Qərbin sanksiyaları altında olan İranla müdafiə sahəsində əməkdaşlığını artırır. İran istehsalı HHM sistemlərinin Ermənistan ərazisində nümayişi isə münasibətlərin artıq siyasi bəyanatlardan çıxaraq hərbi-texniki müstəviyə keçdiyini göstərir.
Baxış sayı:80
Bu xəbər 14 Avqust 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















