İranın şiə qövsi siyasəti iflasa uğrayıb POLİTOLOQ | Icma.az
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Təəssüflər olsun ki, Tehran hökuməti Fidanın mesajını düzgün dəyərləndirə bilmirTürkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini xatırladaraq, Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini bildirmişdi.
Fidan İranı Suriyada qeyri-sabitlik yaratmaq cəhdlərindən və PKK/YPG-yə dəstəyindən vaz keçməyə çağırmışdı.
Bu açıqlamadan sonra Türkiyənin İrandaki səfiri İran Xarici İşlər Nazirliyinə dəvət edilib.
İran XİN sözçüsü İsmayıl Bəqai deyib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər: “Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”.
Bəqai həmçinin vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və Ankara ilə bir sıra ortaq maraqlara malikdir.
Bundan sonra İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddialar gündəmə gətirilib.
Tam oxu
Xəbəri oxu