İranın xarici işlər naziri HƏMAS nümayəndələri ilə görüşə gedib

30.01.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparmaq üçün Qətərə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək səviyyəli nümayəndələri ilə görüşün keçirilməsi ilə yanaşı Fələstindəki son hadisələrin müzakirə olunacağı gözlənilir.

İran Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Əraqçi Qətər liderləri ilə də görüşəcək, tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью