İranın xarici işlər naziri HƏMAS nümayəndələri ilə görüşə gedib
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparmaq üçün Qətərə gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər zamanı Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək səviyyəli nümayəndələri ilə görüşün keçirilməsi ilə yanaşı Fələstindəki son hadisələrin müzakirə olunacağı gözlənilir.
İran Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Əraqçi Qətər liderləri ilə də görüşəcək, tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edəcəklər.
Baxış sayı:135
Bu xəbər 30 Yanvar 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















