Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. İrandan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama verilib.
Bu dəfə İranın Ermənistandakı səfiri Mehdi Sübhani “İsca News” telekanalına müsahibəsində bu barədə danışıb: “Nə sülh sazişi sənədində, nə də iki ölkənin Vaşinqtonda imzaladığı bəyanatda nəqliyyat marşrutlarından və ya dəhliz deyilən hər hansı bir şeydən bəhs edilir.
Sadəcə olaraq, Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək nəqliyyat marşrutlarının açılması müzakirə olunur.
Ermənistan isə öz növbəsində İranın Culfaya dəmir yolu ilə bağlanacaq”.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında təfərrüatları gələcəkdə iki ölkə tərəfindən müzakirə ediləcək bəyanatın mətnində İran İslam Respublikasının arzuladığı 5 prinsip, o cümlədən “milli suverenliyə hörmət, sərhədlərin bütövlüyünə hörmət, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı” tam nəzərə alınıb: “Ona görə də bundan narahat olmaq üçün heç bir səbəb yoxdur”.
Görünür, artıq rəsmi Tehran reallığı dərk etməyə başlayıb. İndiyə kimi Zəngəzur dəhlizini “qırmızı xətti” adlandıran İran rəsmiləri artıq bu
İran Prezidenti Məsud Pezeşkianın təsiri ilə Tehran hakimiyyətinin geri addım atdığı da güman olunur.
Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq Natiq Miri bildirib ki, əslində bu, Sübhaninin mövqeyi deyil: “Bu, birbaşa İran Prezidenti Məsud Pezeşkianın mövqeyidir.