Icma.az
close
up
RU
İranın “yaxşı polis pis polis” OYUNU

İranın “yaxşı polis pis polis” OYUNU

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrandan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama verilib. 

Bu dəfə İranın Ermənistandakı səfiri Mehdi Sübhani “İsca News” telekanalına müsahibəsində bu barədə danışıb: 

“Nə sülh sazişi sənədində, nə də iki ölkənin Vaşinqtonda imzaladığı bəyanatda nəqliyyat marşrutlarından və ya dəhliz deyilən hər hansı bir şeydən bəhs edilir. Sadəcə olaraq, Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək nəqliyyat marşrutlarının açılması müzakirə olunur. Ermənistan isə öz növbəsində İranın Culfaya dəmir yolu ilə bağlanacaq”. 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında təfərrüatları gələcəkdə iki ölkə tərəfindən müzakirə ediləcək bəyanatın mətnində İran İslam Respublikasının arzuladığı 5 prinsip, o cümlədən “milli suverenliyə hörmət, sərhədlərin bütövlüyünə hörmət, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı” tam nəzərə alınıb:

“Ona görə də bundan narahat olmaq üçün heç bir səbəb yoxdur”. 

Görünür, artıq rəsmi Tehran reallığı dərk etməyə başlayıb. İndiyə kimi Zəngəzur dəhlizini “qırmızı xətti” adlandıran İran rəsmiləri artıq bu məsələyə loyal yanaşmağa başlayıblar. İran Prezidenti Məsud Pezeşkianın təsiri ilə Tehran hakimiyyətinin geri addım atdığı da güman olunur. 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq Natiq Miri bildirib ki, əslində bu, Sübhaninin mövqeyi deyil: 

“Bu, birbaşa İran Prezidenti Məsud Pezeşkianın mövqeyidir. Hətta İranın xarici işlər naziri də təxminən bu kursu davam etdirir. Lakin bu ərəfədə Mehdi Sübhaninin belə etirafı təsadüf deyil. Nəzərə almaq lazımdır ki, onun Ermənistandakı fəaliyyəti bitir. 

Üstəlik, onun zaman-zaman hökumət əleyhinə açıqlamaları olub. Bu isə İran hökumətində Məsud Pezeşkian və xarici işlər naziri səviyyəsində Sübhaniyə qarşı mənfi rəy formalaşdırmış ola bilər. Ona görə də bu açıqlamanı Ermənistandan tədricən uzaqlaşan və yeni fəaliyyəti şübhə altında olan diplomatın sözləri kimi qəbul etmək lazımdır. Yəni Sübhani özünə gələcək “tutacaqlar” hazırlamaq üçün hökumətin dediklərini təsdiq edir”. 

Ekspert diqqətə çatdırıb ki, indiyə kimi Prezident Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə müsbət fikirlər səsləndirib: 

“Əslində, Zəngəzur dəhlizinin açılması İranın zərərinə deyil, xeyrinədir. Məsud Pezeşkian həm bunu, həm də İranın Zəngəzur dəhlizinin açılmasından qazanclı çıxacağını bəyan edir. Lakin Sübhani indiyə kimi tamamilə əks fikirlər söyləməkdə israr edirdi. Ona görə də Sübhaninin artıq Ermənistandan uzaqlaşdığı bir ərəfədə belə bir açıqlama verməsi səmimi görünmür. 

Düşünürəm ki, bu, daha çox Sübhaninin gələcək karyerasını xilas etməyə hesablanmış açıqlamadır. Ancaq hər bir halda, onun bunu Ermənistanda açıqlaması müsbət hal kimi dəyərləndirilməlidir. Bu, istər erməni ictimai rəyi, istərsə də İrandakı daxili ictimai rəy üçün müsbət əhəmiyyət daşıyır”.

Politoloqun sözlərinə görə, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi haçalanmış şəkildədir: 

“Bu yöndə ciddi bir dəyişiklik nəzərə çarpmır. İran hökuməti Ermənistandan ABŞ hərbçilərinin bölgədə və sərhəddə olmayacağına dair təminat alandan sonra Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmayıb. Hətta bundan istifadə etməyin İranın yararına olacağı deyilib. Ancaq bu dəhlizə qarşı çıxanlar da var.

Ali dini lider Əli Xameneyi tərəfdarları adlanan molla rejiminin və İran İslam İnqilabı Keşişçiləri Korpusunda (SEPAH) Zəngəzur dəhlizi ilə bağlı hansısa fundamental dəyişiklik yoxdur. Məsələn, Vilayətinin açıqlamalarında hansısa dəyişiklik sezilmir. Yəni biri “pis polis”, digəri isə “yaxşı polis” rolunda çıxış edir”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: İran Zəngəzur dəhlizi Natiq Miri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri