Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla nüvə proqramı üzrə "nəzarət edilən saziş" bağlamağı təklif edib.
İran tərəfi isə ölkə hakimiyyətinə Vaşinqtonla fikir ayrılıqlarının tənzimlənməsi üçün "şans" verməyə hazır olduğunu bildirib.
Tramp administrasiyası İranla nüvə sazişi bağlamaqda hansı maraqları güdür, İranın mövqeyi hansı mənanı daşıyır?
İran-ABŞ münasibətlərinin Qəzza münaqişəsinə hansı təsiri ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, bu addımlar tərəflərin mövcud reallıqlardan çıxış edərək öz maraqları doğrultusunda müəyyən hədəflərə çatmaq məqsədi daşıyır: Onun sözlərinə görə, Tramp administrasiyasının İranla nüvə sazişi bağlamaqda bir neçə marağı ola bilər, lakin əsas maraqlardan biri təbii ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır: “Tramp administrasiyası 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) İranın nüvə proqramını tamamilə dayandırmadığına və müddəti bitdikdən sonra İranın nüvə silahı istehsal edə biləcəyinə inanırdı.
Yeni bir saziş, İranın nüvə fəaliyyətlərinə daha sərt və daimi məhdudiyyətlər tətbiq edə bilər.
Tramp administrasiyası, "maksimum təzyiq" kampaniyası vasitəsilə İranı nüvə proqramı, regional fəaliyyətləri və insan haqları məsələləri ilə bağlı güzəştə getməyə məcbur etmək istəyir.