İranla bağlı kritik diplomatik gediş: Qətər hərəkətə keçdi

10.07.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Qətər nümayəndə heyəti İrana səfər edib. Bu addımın Dohanın Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsindən sonra öz vasitəçilik rolunu möhkəmləndirmək cəhdi olduğu güman edilir.

Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" informasiya agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, səfər Qətərin Hörmüz boğazında baş vermiş insidentlə bağlı İrana qarşı irəli sürülən ittihamlardan və ardınca ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra baş tutub.

Vəziyyətlə tanış olan mənbə "Reuters" agentliyinə bildirib ki, Qətər danışıqçılarının məqsədi gərginliyi azaltmaq və daha geniş müzakirələr üçün şərait yaratmaqdır. Mənbə əlavə edib ki, bu danışıqlar ABŞ ilə sıx koordinasiya şəraitində aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью