İranla bağlı kritik diplomatik gediş: Qətər hərəkətə keçdi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Qətər nümayəndə heyəti İrana səfər edib. Bu addımın Dohanın Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsindən sonra öz vasitəçilik rolunu möhkəmləndirmək cəhdi olduğu güman edilir.
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" informasiya agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, səfər Qətərin Hörmüz boğazında baş vermiş insidentlə bağlı İrana qarşı irəli sürülən ittihamlardan və ardınca ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra baş tutub.
Vəziyyətlə tanış olan mənbə "Reuters" agentliyinə bildirib ki, Qətər danışıqçılarının məqsədi gərginliyi azaltmaq və daha geniş müzakirələr üçün şərait yaratmaqdır. Mənbə əlavə edib ki, bu danışıqlar ABŞ ilə sıx koordinasiya şəraitində aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 İyul 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















