İranlı generaldan ABŞ və İsrailə xəbərdarlıq

28.11.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“İran İslam Respublikasına qarşı hücumların həyata keçirildiyi dünyanın istənilən nöqtəsindəki obyektlər qanuni hədəf hesab ediləcək”.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, briqada generalı Kiümars Heydari deyib.
O, ABŞ və İsrailə xəbərdarlıq edərək, Tehranın istənilən düşmən hərəkətinə cavab verməyə hazır olduğunu bildirib.
General, həmçinin ABŞ Prezidenti Donald Trampın İrana yeni zərbələr endirilməsi ilə bağlı təhdidləri fonunda irəli sürdüyü müddətlərə İran silahlı qüvvələrinin ciddi yanaşmadığını qeyd edib.
“Silahlı qüvvələrimiz istənilən düşmən addımına cavab verməyə tam hazırdır”, – Heydari vurğulayıb.
O, həmçinin ABŞ və İsrailin siyasi məğlubiyyətə uğradığını iddia edərək, hər iki ölkənin hakimiyyətinin lazımi ictimai dəstəyi qazana bilmədiyini bildirib. Generalın fikrincə, bu, əhalinin həmin dövlətlərin rəhbərliyinin siyasətini dəstəkləmədiyini göstərir.
Heydari İranın hərbi uğurlarını yerli istehsalın inkişafı və xarici asılılığın azaldılması ilə də əlaqələndirib.
Onun sözlərinə görə, ölkənin öz resurslarına əsaslanması ABŞ, İsrail və region dövlətləri ilə qarşıdurmada həlledici nəticələr əldə etməsinə imkan verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью