İranlı generaldan ABŞ və İsrailə xəbərdarlıq
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İran İslam Respublikasına qarşı hücumların həyata keçirildiyi dünyanın istənilən nöqtəsindəki obyektlər qanuni hədəf hesab ediləcək”.
Yeniavaz.com “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, briqada generalı Kiümars Heydari deyib.
O, ABŞ və İsrailə xəbərdarlıq edərək, Tehranın istənilən düşmən hərəkətinə cavab verməyə hazır olduğunu bildirib.
General, həmçinin ABŞ Prezidenti Donald Trampın İrana yeni zərbələr endirilməsi ilə bağlı təhdidləri fonunda irəli sürdüyü müddətlərə İran silahlı qüvvələrinin ciddi yanaşmadığını qeyd edib.
“Silahlı qüvvələrimiz istənilən düşmən addımına cavab verməyə tam hazırdır”, – Heydari vurğulayıb.
O, həmçinin ABŞ və İsrailin siyasi məğlubiyyətə uğradığını iddia edərək, hər iki ölkənin hakimiyyətinin lazımi ictimai dəstəyi qazana bilmədiyini bildirib. Generalın fikrincə, bu, əhalinin həmin dövlətlərin rəhbərliyinin siyasətini dəstəkləmədiyini göstərir.
Heydari İranın hərbi uğurlarını yerli istehsalın inkişafı və xarici asılılığın azaldılması ilə də əlaqələndirib.
Onun sözlərinə görə, ölkənin öz resurslarına əsaslanması ABŞ, İsrail və region dövlətləri ilə qarşıdurmada həlledici nəticələr əldə etməsinə imkan verib.
Bu mövzuda digər xəbərlər:Yeni cəbhələr açacağıq İranlı generaldan ABŞ yə xəbərdarlıq
19 May 2026 17:59
İranlı ayətullah ABŞ və İsrailə cihad elan etdi
01 Mart 2026 14:47
Növbəti müharibədə məhdudiyyət tanımayacağıq İranlı generaldan xəbərdarlıq
01 Noyabr 2026 17:42
İsrailə sarsıdıcı zərbə vuracağıq İranlı general
14 Noyabr 2024 16:53
İranlı komandan İsrailə sığınıb? ŞOK DETALLAR FOTO
08 Mart 2026 10:21
Baxış sayı:70
Bu xəbər 28 Noyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















