İranlı idmançılar Cənubi Koreyada cinsi təcavüz ittihamı ilə həbs ediliblər

07.06.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kyonbuk vilayətinin Qumi şəhərinin (Cənubi Koreya) polisi 2025-ci ilin Asiya çempionatında İranın atletika üzrə milli komandasını təmsil edən üç vətəndaşını – iki idmançı və bir məşqçini həbs edib. Onlar koreyalı qadına qarşı cinsi təcavüzdə ittiham olunurlar.

İdmanxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Qeyd olunur ki, hadisə həbsdən bir gün əvvəl baş verib. İddialara görə, iranlı idmançılar zərərçəkmişlə idman kəndi yaxınlığında görüşüb, onu hotelə aparıblar və cinayəti orada törədiblər. Zərərçəkmiş şikayət ərizəsi ilə polisə müraciət edib və onların hər üçü – iki 30 yaşlı idmançı və məşqçi hadisə yerində saxlanılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью