İranlı idmançılar Cənubi Koreyada cinsi təcavüz ittihamı ilə həbs ediliblər
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kyonbuk vilayətinin Qumi şəhərinin (Cənubi Koreya) polisi 2025-ci ilin Asiya çempionatında İranın atletika üzrə milli komandasını təmsil edən üç vətəndaşını – iki idmançı və bir məşqçini həbs edib. Onlar koreyalı qadına qarşı cinsi təcavüzdə ittiham olunurlar.
İdmanxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Qeyd olunur ki, hadisə həbsdən bir gün əvvəl baş verib. İddialara görə, iranlı idmançılar zərərçəkmişlə idman kəndi yaxınlığında görüşüb, onu hotelə aparıblar və cinayəti orada törədiblər. Zərərçəkmiş şikayət ərizəsi ilə polisə müraciət edib və onların hər üçü – iki 30 yaşlı idmançı və məşqçi hadisə yerində saxlanılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 İyun 2025 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















