İraqda öldürülən döyüşçülərin SAYI ARTDI

29.07.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı və ABŞ-nin İraqdakı hava hücumlarında öldürülən  “Əl-Həşd əl-Şəabi” döyüşçülərinin sayı 20-yə çatıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə milisin mətbuat xidmətindən verilən açıqlamada bildirilir.

Mətbuat xidmətinin “Facebook” səhifəsindəki paylaşıma görə, “Əl-Həşd əl-Şəabi” tərəfdarlarından ən azı 32 nəfər yaralanıb. Bağdad da daxil olmaqla, İraqın müxtəlif bölgələrində yerləşən bir neçə milis qərargahına hücum edilib.

“Shafaq News” portalı 10 ölü və üç yaralı barədə məlumat verib.Xatırladaq ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki krallığın silahlı qüvvələrinin ABŞ Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə İraqdakı hədəflərə qarşı "dəqiq zərbələr" endirdiyini açıqlayıb.

Onun sözlərinə görə, hədəflər İraqda fəaliyyət göstərən və krallığın neft obyektlərinə hücumlarda iştirak edən qruplarla əlaqəli olub.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью