İraqda öldürülən döyüşçülərin SAYI ARTDI
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanı və ABŞ-nin İraqdakı hava hücumlarında öldürülən “Əl-Həşd əl-Şəabi” döyüşçülərinin sayı 20-yə çatıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə milisin mətbuat xidmətindən verilən açıqlamada bildirilir.
Mətbuat xidmətinin “Facebook” səhifəsindəki paylaşıma görə, “Əl-Həşd əl-Şəabi” tərəfdarlarından ən azı 32 nəfər yaralanıb. Bağdad da daxil olmaqla, İraqın müxtəlif bölgələrində yerləşən bir neçə milis qərargahına hücum edilib.
“Shafaq News” portalı 10 ölü və üç yaralı barədə məlumat verib.Xatırladaq ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki krallığın silahlı qüvvələrinin ABŞ Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə İraqdakı hədəflərə qarşı "dəqiq zərbələr" endirdiyini açıqlayıb.
Onun sözlərinə görə, hədəflər İraqda fəaliyyət göstərən və krallığın neft obyektlərinə hücumlarda iştirak edən qruplarla əlaqəli olub.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















