İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəb açılıb VİDEO AZƏRTAC | Icma.a…
Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 4 noyabr, AZƏRTAC İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış
Açılışda Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov, Kərkük qubernatoru Rebvar Taha, İraq parlamentində təmsil olunan türkmən deputatlar, K
Azərbaycanın İraqdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfir N.
Məmmədov tədbirdə çıxışında Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğunu, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli ədib olduğunu vurğulayıb.
Səfir şairin bədii-fəlsəfi irsinin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdən olduğunu bildirib.
Qeyd edib ki, Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib.
Diplomat şairin parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərlərinin yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayıldığını və müəllifinə böyük şöhrət qazandırdığını vurğulayıb.Bildirilib ki, Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv ədəbi məktəb formalaşdırıb.
Öz müasirlərindən başlayaraq sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli ədiblər bu nəhəng söz ustasının adını hər zaman ehtiramla çəkiblər.Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tam oxu
Xəbəri oxu