Icma.az
close
up
RU

İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəb açılıb VİDEO AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 noyabr, AZƏRTAC

İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimi keçirilib. Açılışda Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov, Kərkük qubernatoru Rebvar Taha, İraq parlamentində təmsil olunan türkmən deputatlar, Kərkük Təhsil İdarəsinin rəhbərliyi, müəllim heyəti və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın İraqdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfir N. Məmmədov tədbirdə çıxışında Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğunu, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli ədib olduğunu vurğulayıb. Səfir şairin bədii-fəlsəfi irsinin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdən olduğunu bildirib. Qeyd edib ki, Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Diplomat şairin parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərlərinin yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayıldığını və müəllifinə böyük şöhrət qazandırdığını vurğulayıb.

Bildirilib ki, Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv ədəbi məktəb formalaşdırıb. Öz müasirlərindən başlayaraq sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli ədiblər bu nəhəng söz ustasının adını hər zaman ehtiramla çəkiblər.Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycanda keçirilən ilk dünyamiqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub.

Səfir N. Məmmədov 2024-cü ildə Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, ölkə daxilində və xaricdə azərbaycanlı şairin yubileyinin keçirildiyini, bu məktəbin də açılışının məhz bu ilə təsadüf etdiyini vurğulayıb. O, Füzuli adına yeni təhsil ocağında müasir şəraitdə təhsil alacaq şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, M.Füzuli adına ibtidai məktəb (1-6-cı siniflər) Azərbaycan dövlətinin dəstəyi ilə yenidən qurulub. 1978-ci ildən fəaliyyət göstərən məktəbdə indiyə qədər əsaslı təmir və bərpa işləri görülməmişdi. 220 şagird yerlik məktəbdə şərait qənaətbəxş olmadığı üçün dərsə davamiyyət göstəricisi aşağı düşmüşdü. Əsaslı bərpa işlərindən sonra təhsil müəssisəsində istilik və soyutma sistemləri, elektrik təchizatı infrastrukturu yenidən qurulub, yeni mebellər alınıb. Beləliklə, məktəblilər yenidən dərslərinə davam edə biləcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri