İrəvan Bakıya nə təklif edib?

20.04.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İrəvan Bakıya ərazi bütövlüyünün qarşılıqlı tanınması və tarixi iddialardan imtina əsasında strateji bir razılaşma bağlamağı təklif edib".

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.

Onun sözlərin görə, strateji saziş “Alma-Ata Bəyannaməsi” çərçivəsində sərhədlərin müəyyənləşdirilməsini nəzərdə tutur.

Paşinyan ermənilərin Qarabağa qayıtması məsələsindən sui-istifadə etməmək barədə xəbərdarlıq edərək, bunun qaçılmaz olaraq Azərbaycandan əks tələblər doğuracağını və yeni eskalasiyaya səbəb olacağını qeyd edib.

Paşinyan bildirib ki, milli təhlükəsizliyin əsasını üç qeyri-hərbi amil təşkil edir: sərhədlərin beynəlxalq legitimliyi, ölkənin “Sülh kəsişməsi” layihəsi çərçivəsində mühüm beynəlxalq tranzit mərkəzinə çevrilməsi və Ermənistan siyasətinin uzunmüddətli proqnozlaşdırıla bilməsi.

Baş nazir vurğulayıb ki, beynəlxalq ictimaiyyət yalnız həyati əhəmiyyətli qlobal ticarət yolları onun ərazisindən keçdiyi təqdirdə Ermənistanı müdafiə etməkdə  maraqlı olacaq.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью