İrəvan Bakıya nə təklif edib?
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İrəvan Bakıya ərazi bütövlüyünün qarşılıqlı tanınması və tarixi iddialardan imtina əsasında strateji bir razılaşma bağlamağı təklif edib".
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.
Onun sözlərin görə, strateji saziş “Alma-Ata Bəyannaməsi” çərçivəsində sərhədlərin müəyyənləşdirilməsini nəzərdə tutur.
Paşinyan ermənilərin Qarabağa qayıtması məsələsindən sui-istifadə etməmək barədə xəbərdarlıq edərək, bunun qaçılmaz olaraq Azərbaycandan əks tələblər doğuracağını və yeni eskalasiyaya səbəb olacağını qeyd edib.
Paşinyan bildirib ki, milli təhlükəsizliyin əsasını üç qeyri-hərbi amil təşkil edir: sərhədlərin beynəlxalq legitimliyi, ölkənin “Sülh kəsişməsi” layihəsi çərçivəsində mühüm beynəlxalq tranzit mərkəzinə çevrilməsi və Ermənistan siyasətinin uzunmüddətli proqnozlaşdırıla bilməsi.
Baş nazir vurğulayıb ki, beynəlxalq ictimaiyyət yalnız həyati əhəmiyyətli qlobal ticarət yolları onun ərazisindən keçdiyi təqdirdə Ermənistanı müdafiə etməkdə maraqlı olacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:130
Bu xəbər 20 Aprel 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















