525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pərvanə SULTANOVA[email protected] Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Azərbaycanla normallaşma prosesindən danışıb, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı son zamanlar gündəmə gətirilən fikirlərə münasibət bildirib.
Məlum olduğu kimi, bundan bir qədər əvvəl, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü baş tutub.
Paşinyan bildirib ki, Əbu-Dabidəki görüş müsbət nəticələrə gətirib çıxara bilər.
O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə fikir var: "Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu-Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik".
Başqa bir maraqlı məqam sülh sazişinin paraflanması ilə bağlıdır.
Ermənistan lideri söyləyib ki, İrəvan və Bakı sülh sazişinin imzalanmasından əvvəl onu paraflaya bilərlər və bu məsələ müzakirə masasındadır.
Saziş layihəsinin paraflanması ilkin razılıq anlamına gəlir.