Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

İrəvan tarixi fürsətləri düzgün qiymətləndirə biləcəkmi?

İrəvan tarixi fürsətləri düzgün qiymətləndirə biləcəkmi?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Azərbaycanla normallaşma prosesindən danışıb, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı son zamanlar gündəmə gətirilən fikirlərə münasibət bildirib. Məlum olduğu kimi, bundan bir qədər əvvəl, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü baş tutub. Paşinyan bildirib ki, Əbu-Dabidəki görüş müsbət nəticələrə gətirib çıxara bilər. O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə fikir var: "Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu-Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik".

Başqa bir maraqlı məqam sülh sazişinin paraflanması ilə bağlıdır. Ermənistan lideri söyləyib ki, İrəvan və Bakı sülh sazişinin imzalanmasından əvvəl onu paraflaya bilərlər və bu məsələ müzakirə masasındadır. Saziş layihəsinin paraflanması ilkin razılıq anlamına gəlir. Yəni beynəlxalq sazişin işlənib hazırlanmasında iştirak etmiş səlahiyyətli şəxslərin baş hərfləri ilə ilkin olaraq sənədin imzalanması nəzərdə tutulur. Bu, sənəd mətninin razılaşdırıldığını və yekun hesab edildiyini, lakin hələlik hüquqi qüvvəyə malik olmadığını təsdiqləyir.

Amma aydındır ki, bu mərhələyə çatmaq üçün Ermənistan üzərinə düşən digər öhdəliklərini - Bakının şərtlərini yerinə yetirməlidir. Bunlardan biri ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciətin edilməsidir. Bu məsələdə Ermənistana mane olan heç nə yoxdur. Ona görə də il ərzində müraciət edib, qərar verilməsinə nail olmaq mümkündür. İkinci məsələ konstitusiyanın dəyişdirilməsidir ki, həmin sənəddə də Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Ermənistan daxili gərginliyə görə bu məsələni uzada bilər, amma yekun sülh üçün bundan qaçmaq mümkün olmayacaq. Bakı dəfələrlə bəyan edib ki, qalıcı və dayanıqlı sülhün tərəfdarıdır, yəni yarımçıq sülh olmayacaq.

Başqa bir mühüm mövzu isə Zəngəzur dəhlizi ilə bağlıdır. Yada salaq ki, bu günlərdə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub:  "Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək".

Bir müddət əvvəl də Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılmışdır. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib ki, bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Nikol Paşinyan isə mətbuat konfransında deyib ki, ölkəsində bir çox autsorsinq (kənar mənbədən istifadə etmək) halları var, onlardan bəziləri qaneedicidir, bəziləri isə yox: "Məsələn, Zvartnots hava limanının autsorsinqdə idarə edilməsi. Düşünmürəm ki, burada Ermənistanın suverenliyi hansısa şəkildə pozulub. Və ya su təchizatı, Cənubi Qafqaz dəmir yolu və s. Bütün bu müəssisələr Ermənistan Respublikasının mülkiyyəti olaraq qalmaqda davam edir".

Zəngəzur dəhlizi ilə bağlı xüsusilə son günlər aparılan müzakirlər, irəli sürülən təkliflər, böyük güclərin marağı bir daha onun təkcə regional deyil, beynəlxalq əhəmiyyətini göstərir. Rəsmi Bakının bu məsələdə mövqeyi prinsipial xarakter daşıyır. Belə ki, Bakı dəfələrlə bəyan edib ki, İrəvan Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməli, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Yəni gömrük, sərhəd yoxlamalarının tətbiqi yolverilməzdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil.

Nikol Paşinyan Ermənistanın regionda nəqliyyat infrastrukturunun açılmasında, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisindən, Azərbaycandan Azərbaycana Ermənistan ərazisindən keçən marşrutların, ikitərəfli ticarətin, Ermənistandan Azərbaycan vasitəsilə üçüncü ölkələrə və Azərbaycandan Ermənistan vasitəsilə beynəlxalq rabitənin və tranzit mübadiləsinin açılmasında da maraqlı olduğunu əlavə edib.

Baş nazir Qarabağ məsələsinə də toxunaraq, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü daha əvvəl tanımalı olduğunu etiraf edib: "Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkib hissəsi kimi tanıdım".

Paşinyan sözü ilə əməli üst-üstə düşməyən, bu gün söylədiyini növbəti gün danan siyasətçi obrazını yaradıb. İndi onun söylədiklərinin sadəcə beynəlxalq ictimaiyyətə yönəlmiş sözlər olduğunu, özünü sülhpərvər kimi göstərib, ənənəvi davranışını davam etdirəcəyini, yoxsa həqiqətən sülhdə, əməkdaşlıqda, regional inkişafa maraqlı olduğunu qarşıdakı addımları göstərəcək. Digər tərəfdən, Paşinyan anlayır ki, manevr imkanları daha qalmayıb, Bakı və Ankara ilə münasibətlərin normallaşdırması onun regional əməkdaşlıq proseslərində iştirakı, yer alması deməkdir. Düzdür, Ermənistanda bu prosesə qarşı çıxan, Paşinyanı xarici güclərin, xüsusilə Rusiyanın dəstəyi ilə devirməyə çalışan qüvvələr var, amma ermənilər də anlamalıdırlar ki, başqa çıxış yolları yoxdur. Revanşistlərə, keçmiş cinayətkar xunta rejimi rəhbərlərinə yenidən "yaşıl işıq" yandırmaq Ermənistanın və erməni xalqının məhvi demək olacaq.

Paşinyan KTMT-dən çıxmaqla bağlı mövqeyini yenidən səsləndirib, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına, Avropa İttifaqına inteqrasiyaya dair fikirlərini açıqlayıb. Onun sözlərinə görə, bu, balanslaşdırılmış xarici siyasətlərinin məntiqinə uyğundur.  Rusiya ilə münasibətlərin isə artıq əvvəlki kimi olmayacağını deyib: "Mənim mövqeyim belədir: biz Rusiya ilə yaxşı, mehriban, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istəyirik... Bəzi Rusiya telekanalları bütün sərhədləri keçiblər, amma... Mən Rusiya ilə ziddiyyətlər və münaqişəli vəziyyətlər axtarmırıq, belə bir qərar verməyə məcbur olmaq istəməzdim. Mənim Rusiya prezidenti ilə hörmətli, açıq, şəffaf və dürüst münasibətlərim olub... və mən belə bir qərar qəbul etmək istəmirəm, amma məndə belə bir təəssürat var ki, Rusiyada bizi belə bir qərar verməyə məcbur etmək istəyən qüvvələr var".

Göründüyü kimi, Ermənistan Rusiya orbitindən uzaqlaşmaq, regional sistemlərə inteqrasiya etmək istəyir. Bunun üçün isə indi yaranmış tarixi fürsətləri əldən verməli deyil. Başqa sözlə, regionda yaranmış yeni reallıqları qəbil etməli, hansısa xarici qüvvələrin təsiri ilə deyil, müstəqil dövlətin lideri kimi davranmalıdır. Əks halda, yenə də forpost olmaqda, xarici güclərin əlində alət kimi istifadə olunmağa davam edəcək. İndi İrəvan üçün seçim zamanıdır. Doğru seçim, fürsətləri düzgün qiymətləndirmək Ermənistanın gələcəyinin qarantiyası demək olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri