İrəvanda Qərbi Azərbaycan təlaşı Bakıdan operativ reaksiya | Icma.az
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclis üzvü: “Yaxşı olar ki, hay kəşfiyyatçıları güclərini başqa dövlətlərdən gələ biləcək təhlükələrə yönəltsinlər; Qərbi Azərbaycan İcması Ermənistan dövləti üçün təhlükə deyil” Hindistandan raket sistemləri alan “sülhpərvər” Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına, deportasiya olunduqları Qərbi Azərbaycana qayıtmaq istəklərindən ciddi şəkildə narahatdır.
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin apardığı “hərtərəfli təhlil”lərlə bağlı ictimailəşdirilən yanaşma bu narahatlığı aydın şəkildə göstərir.
Təsəvvür edin, sülhün paraflanmasından sonra belə, silahlanmanı davam etdirən Ermənistanın Xarici Kəşfiyyat Xidməti ölkənin xarici riskləri ilə bağlı 2026-cı il hesabatında rəsmi Bakının siyasətini və müşayiət olunan hərəkətləri “uzunmüddətli sülhün qurulması üçün əhəmiyyətli mənfi amil və risk” kimi qiymətləndirib.
Bildirilib ki, 2026-cı ildə Xidmətin prioritet vəzifələrindən biri Azərbaycanın “Qərbi azərbaycanlıların qayıdışı” ideyasını təbliğ etmək üzrə dövlət siyasətinin əsl məqsədinin davamlı olaraq qiymətləndirilməsi olacaq.
İddia olunur ki, guya Qərbi Azərbaycan mövzusu Qarabağ ermənilərinin geri qaytarılması məsələsinə qarşı mübarizə üçün alətlər dəstinin bir hissəsidir.
Qarabağdan könüllü köçən ermənilərə görə Azərbaycan dövləti niyə hansısa əks plan hazırlasın ki?
Digər tərəfdən, Ermənistan Qərbi Azərbaycan mövzusundan niyə bu qədər təlaşlanır?
Tam oxu
Xəbəri oxu