Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri ilk dəfə bir masa arxasına keçibAzərbaycanın təşəbbüsü nəticə verir, Ermənistanla sülh danışıqları real mərhələyə keçdiİrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.
Ermənistan mediası xəbər verir ki, dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub.
Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib.
O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər.
İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşün ikinci hissəsində Qriqoryan iştirak edənlərin suallarını cavablandırıb.Məlumata görə, müzakirələrdə Vaşinqtonda keçirilmiş görüşün yekunları üzrə müəyyən edilmiş gündəm məsələləri, iki ölkənin cəmiyyəti arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı üçün mümkün yollar müzakirə olunub.
Eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə predmeti olub.