Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

İrəvanda tarixi görüş reallaşdı GÜNDƏM

İrəvanda tarixi görüş reallaşdı GÜNDƏM

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri ilk dəfə bir masa arxasına keçib


Azərbaycanın təşəbbüsü nəticə verir, Ermənistanla sülh danışıqları real mərhələyə keçdi

İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Ermənistan mediası  xəbər verir ki, dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər. İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşün ikinci hissəsində Qriqoryan iştirak edənlərin suallarını cavablandırıb.

Məlumata görə, müzakirələrdə Vaşinqtonda keçirilmiş görüşün yekunları üzrə müəyyən edilmiş gündəm məsələləri, iki ölkənin cəmiyyəti arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı üçün mümkün yollar müzakirə olunub. Eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə predmeti olub. 


Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, işğal dövründə Azərbaycan və Ermənistanın ictimai nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin bu və ya digər formatlarda görüşləri keçirilib. Siyasi şərhçi vurğulayıb ki, işğal zamanı belə təmaslar kənar qüvvələrin vasitəçiliyi, təşkilatçılığı ilə baş tutub: 


"O zaman belə iddialar var idi ki, belə görüşlər tərəflər arasında etimad mühitini yaradacaq, tərəflər bir-birini daha yaxşı anlamağa başlayacaqlar. Yəni ictimai təmasların sülhə gedən yolda prosesləri sürətləndirəcəyi ehtimal olunurdu. Amma işğal dövründə bu cür təşəbbüslər nəticə vermədi, verə də bilməzdi. Çünki Azərbaycan əraziləri işğal altında idi. Əslində, görüşləri təşkil edən dairələrin məqsədi də o idi ki, Azərbaycan tərəfini işğal reallığı ilə barışmağa məcbur etsinlər.  Azərbaycanın öz ərazilərini geri qaytarmaq təşəbbüslərini sıfırlasınlar. İndi vəziyyət tamam başqadır. Xüsusən, son iki ildə Azərbaycanın təşəbbüsü ilə ikitərəfli formatda aparılan danışıqlar ciddi nəticələrə gətirib çıxartdı. Mart ayında tərəflər sülh müqaviləsinin mətninin hazır olduğunu bəyan etdilər. Avqustun 8-də isə sənəd paraflandı və tərəflər ortaq bəyanat imzaladılar. Artıq həm Ermənistan, həm də Azərbaycan birmənalı olaraq sülh prosesinin geridönməz olduğunu vurğuladılar. Prezident İlham Əliyev Vaşinqtonda söylədi ki, tərəflər arasında münaqişə bitdi və biz sülh istiqamətində addımlarımızı atacağıq". 


Siyasi şərhçi bəyan edib ki, 8 avqust görüşündən sonra Azərbaycan-Ermənistan nümayəndələri arasında təmaslar sıxlaşıb, davamlı şəkildə müzakirələr aparılır: 

"O cümlədən, kommunikasiyaların açılmasına dair müzakirələr aparılır, sərhədlərin delimitasiya, demarkasiyası üzrə komissiyaların mütəmadi görüşləri keçirilir. Zəngəzur dəhlizinin açılması ilə ABŞ və Ermənistan arasında müəyyən ilkin addımlar atılır. "TRİPP" layihəsinin həyata keçirilməsi üçün ABŞ tərəfindən 145 milyon dollar həcmində maliyyə vəsaitinin ayrılması ilə bağlı öz mövqeyini açıqladı. Artıq tərəflər arasında etimad quruculuğunun da real nəticələri görünməyə başlayıb. Bu baxımdan rəsmi görüşlərə paralel olaraq ictimaiyyət nümayəndələrinin təmasları da ümumi sülh prosesinə müsbət təkan verə bilər. Reallıq odur ki, Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişə iki millət arasında dərin çatlar yaradıb. Bunun bərpa olunması üçün gərgin əməyə və xeyli zamana ehtiyac olacaq. Amma hər halda proses başlanmalıdır və göründüyü kimi artıq bəzi işlər görülməkdədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see349

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see316

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see303

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see300

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see292

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see291

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see257

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see254

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see219

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see216

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see215

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see206

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see205

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see202

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see198

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see196

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see193

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see192

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see175

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

13 Oktyabr 2026 16:15see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri