İrəvandan Bakıya yeni il mesajı: İki lider geri çəkildi, ermənilər təşvişə düşdü | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlərdə Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan aktivlik regionda yeni müharibə riskini təkrar gündəmə gətirib.
Ermənistan ordusununun Azərbaycan Silahlı Qüvvələrinə məxsus mövqeləri atəşə tutması və bu təxribatları yalanlaması diqqət çəkir.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı İrəvana açıq mesajları erməni ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu.
Avropada müşahidə olunan kritik böhran, ermənilərin ən böyük dəstəkçisi olan Fransa Prezidenti Emmanuel Makronun sürətlə nüfuz itirməsi, həmçinin Kanadanın ermənipərəst Baş naziri Castin Trüdonun istefası, ABŞ-da erməni lobbisinin arxasında dayandığı Prezident Co Bayden Administrasiyasını Donald Trampın əvəzləməsi Ermənistan ictimaiyyətində narahatlığı artırıb.
Qərbyönümlü siyasət xəttinin seçilməsi və son zamanlarda Rusiya ilə müşahidə olunan gərginliklər nəzərə alınaraq artıq İrəvanın güvənə biləcəyi güclü müttəfiqinin qalmadığı bildirilir.
Beləliklə, təxribat xarakterli addımlar davam edərsə, baş verə biləcək eskalasiyadan yenə erməni əhalisi özlərinin zərərli çıxacaqlarını qeyd edirlər.
Bölgədəki ümumi ab-hava müharibə öncəsi vəziyyətdir? Növbəti qarşıdurma halında qlobal güclərin prosesə yanaşması necə olacaq?
Tam oxu
Xəbəri oxu