Icma.az
close
up
RU
İrəvandan Bakıya yeni il mesajı: İki lider geri çəkildi, ermənilər təşvişə düşdü

İrəvandan Bakıya yeni il mesajı: İki lider geri çəkildi, ermənilər təşvişə düşdü

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan aktivlik regionda yeni müharibə riskini təkrar gündəmə gətirib. Ermənistan ordusununun Azərbaycan Silahlı Qüvvələrinə məxsus mövqeləri atəşə tutması və bu təxribatları yalanlaması diqqət çəkir. 

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı İrəvana açıq mesajları erməni ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu. Avropada müşahidə olunan kritik böhran, ermənilərin ən böyük dəstəkçisi olan Fransa Prezidenti Emmanuel Makronun sürətlə nüfuz itirməsi, həmçinin Kanadanın ermənipərəst Baş naziri Castin Trüdonun istefası, ABŞ-da erməni lobbisinin arxasında dayandığı Prezident Co Bayden Administrasiyasını Donald Trampın əvəzləməsi Ermənistan ictimaiyyətində narahatlığı artırıb. Qərbyönümlü siyasət xəttinin seçilməsi və son zamanlarda Rusiya ilə müşahidə olunan gərginliklər nəzərə alınaraq artıq İrəvanın güvənə biləcəyi güclü müttəfiqinin qalmadığı bildirilir. Beləliklə, təxribat xarakterli addımlar davam edərsə, baş verə biləcək eskalasiyadan yenə erməni əhalisi özlərinin zərərli çıxacaqlarını qeyd edirlər.

Bölgədəki ümumi ab-hava müharibə öncəsi vəziyyətdir? Növbəti qarşıdurma halında qlobal güclərin prosesə yanaşması necə olacaq? 

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmadığı müddətdə təxribatlar, o cümlədən müharibə ehtimalı qalacaq:

“Prezident İlham Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlərdən bir daha görünür ki, Bakı sülh müqaviləsindən yanadır. Prezident açıq şəkildə regionda vəziyyəti qarışdırmağa çalışan, gərginlik yaradan qüvvələrin də adını çəkdi, onların məqsədlərinin nə olduğunu bir daha dedi. Ermənistan tərəfinin törətdiyi təxribatlar, əlbəttə ki, narahatlıq yaradır. Amma Azərbaycan da prosesləri müşahidə edir, Ermənistanın silahlanması diqqətlə izlənilir. Bu məsələ təhdidedici bir mərhələyə gəlib çıxarsa, rəsmi Bakı da adekvat tədbirlər görə bilər.

Bu il ərzində irimiqyaslı toqquşmanın olacağını gözləmirəm, lakin müəyyən insidentlərin baş verməsi mümkündür. Hələ yeni ilin ilk günlərindən etibarən şərti dövlət sərhədində İrəvanın təxribat cəhdləri qeydə alınıb”.


Oqtay Qasımov

Politoloq bildirib ki, ABŞ-da yeni administrasiya işə başladıqdan sonra ümumi vəziyyətə daha doğru qiymət vermək olar:

“Yeni seçilmiş Prezident Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsini bitirməkdə qərarlıdır. Lakin bu, o demək deyil ki, Tramp hakimiyyətə gəldikdən sonra bütün müharibələr tamamilə dayanacaq, bu, bir illüziyadır.

Cənubi Qafqazda marağı olan ölkələrdən biri də Fransadır. Paris digər regionlarda üzləşdiyi uğursuzluqları kompensasiya etmək üçün Qafqazda fəallığını artırmağa çalışır.

Lakin regionumuzda gedən mübarizədə həlledici faktor isə şübhəsiz Türkiyə-Azərbaycan tandemidir. Adıçəkilən beynəlxalq güclər Bakı-Ankara ittifaqını nəzərə almalı olacaqlar”.

Rövşən Rza
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri