İrəvandan Pezeşkiana zəng edəcək

05.05.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla bu gün ərzində telefon danışığı aparacağını bildirib.

Modern.az xəbər verir ki, Makron bu barədə İrəvanda keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Yaxın vaxtlarda İran Prezidenti ilə danışacağam. Söhbətin əsas mövzularından biri Hörmüz boğazında vəziyyət olacaq", – deyə Makron bildirib.

O, Fransanın uzun müddətdir Hörmüz boğazında “naviqasiya azadlığının bərpasını” dəstəklədiyini vurğulayıb.

Makron əlavə edib ki, Fransa Böyük Britaniya ilə birlikdə beynəlxalq müdafiə dəniz koalisiyasının yaradılması istiqamətində təşəbbüslər irəli sürür. Məqsəd Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, Hörmüz boğazı qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi strateji su yoludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью